Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XUDAFƏRİN KÖRPÜLƏRİ 
    XUDAFƏRİN KÖRPÜLƏRİ – orta әsrlәrdә Araz çayı üzәrindәn salınmış iki körpü. Azәrb. Resp. Cәbrayıl r-nu ilә İranın sәrhәdindәdir. Bir-birindәn 800 m aralı olan körpülәrdәn biri 15, digәri isә 11 aşırımlıdır. Araz çayı yatağında әn әlverişli ke çidlәrdәn biri kimi Xudafәrin dәrәsindә salınan körpülәr Azәrb.-ın şm.-ından gәlәn ölkәlәrarası yollarla әlaqәlәndirmişdi.
    Kәrpicdәn tikilmiş 15 aşırımlı körpü tәbii şәraitә uyğunlaşdırılmış, süni dayaqları әvәzinә çayın axarındakı qayaların üzәrindә qurulmuşdur; bu sәbәbdәn körpünün aşırımları qayalar arasındakı mәsafәyә görә müxtәlif ölçülüdür. Mәnbәlәrdә hәlә 7 әsrdә 15 aşırımlı körpünün mövcud olması göstәrilir. 12 әsrә aid olan indiki körpü olub sonrakı dövrlәrdә bәrpa vә tәmir edilmişdir. Çaydaşı vә әhәngdaşıdan tikilmiş 11 aşırımlı körpünün dә dayaqları tәbii qayalar üzәrindә qurulduğundan aşırımların ölçüsü müxtәlifdir. Körpünün mәrkәzi hissәsindәki 3 böyük aşırım kiçik aşırımlarla birlikdә әzәmәtli kompozisiya әmәlә gәtirir. Tәdqiqatcıların fikrincә, 11 aşırımlı körpü antik körpü qalıqları üzәrindә inşa olunmuş, 13 әsrdә Elxanilәrin hakimiyyәti dövründә yenidәn bәrpa edilmiş, 20 әsrin 30-cu illәrinәdәk Azәrb.-ı c.-la birlәşdirmişdir. Azәrb.-ın şm.-ı ilә c.-u arasında bu körpü va sitәsilә davam edәn gediş-gәlişi kәsmәk üçün 1930-cu illәrin sonlarında tağlar dağıdılmışdır (3 orta tağı indiyәdәk salamat qalmışdır). Hәmin vaxtdan 11 aşırımlı körpü “Sınıq körpü” dә adlanmışdır. Tikinti materialı, memarlıq biçimlәri vә bәdii ifadәliliyi ilә seçilәn X. k. Yaxın vә Orta Şәrqin әn әzәmәtli körpülәri sırasına daxildir.
    Xudafәrin körpüsü (15 aşırımlı).
    Xudafәrin körpüsü (11 aşırımlı; “Sınıq körpü”).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 