XUDAN SİLSİLƏSİ, X u d u n s i l s i l ә s i – RF-dә, Buryat Resp.-nda dağ silsilәsi. Bay kalarxasında, Uda çayının sol sahilboyu 320 km mәsafәdә uzanır. Maks. hünd. 1327 m. Xudan çayı (Udanın sol qolu) silsilәni iki bәrabәr hissәyә bölür. Əsasәn, qranit vә effuzivlәrdәn ibarәtdir. Relyefi, әsasәn, günbәzvarı zirvәlәrin üstünlük tәşkil etdiyi alçaq dağlıqdır. Yamacları meşәlәrlә (şam, qaraşam vә s.) örtülüdür.










