XUDAVERDİYEV Kamal Ağahüseyn oğlu (3.5.1938, Bakı – 23.4.2008, Bakı) – Azәrb. aktyoru. Azәrb. Resp. xalq artisti (1991). Azәrb. Teatr İn-tunu (1965) bitirmişdir. 1965–2008 illәrdә Azәrb. Dövlәt Akademik Milli Dram Teatrının aktyoru olmuşdur. İlk dәfә S.Rәhmanın “Yalan” pyesinin tamaşasında Fәrman rolunda çıxış etmişdir. Sonralar Azәrb. vә Qәrbi Avropa dramaturqlarının әsәrlәrindә müxtәlif sәpkili obrazlar yaratmışdır. Əsas rolları: İslam, Eldar (“İnsan”, “Vaqif”, S.Vurğun), Fәxrәddin (“Qılınc vә qәlәm”, M.S.Ordubadinin eyniadlı romanı әsasında), Yusif, İbn Yәmin (“Xәyyam”, “İblis”, H.Cavid), Ədalәt, Sәlim, Bahadır (“Mәhv olmuş gündәliklәr”, “Sevgililәrin cәhәnnәmdә vüsalı”, “Mahnı dağlarda qaldı”, İ.Əfәndiyev), Qızıl Arslan (“Atabәylәr”, N.Hәsәnzadә), Ulu әcdad (“Hara gedir bu dünya?”, B.Vahabzadә), Braun (“Üç quruşluq opera”, B.Brext), Riçard (“Şeytanın şagirdi”, B.Şou), Makduf, Lir, Layert (“Mak bet”, “Kral Lir”, “Hamlet”, U.Şekspir) vә s. X. hәmçinin televiziya tamaşaların a (“Atayevlәr ailәsi”, “Alov”, “Şәrqin sәhәri” vә s.) vә kinofilmlәrә (“İstintaq davam edir”, 1966; “Ən vacib müsahibә” (1971), “Ulduzlar sönmür” (1971), “Nәsimi”, 1973; “Qatır Mәmmәd”, 1974; “Dәdә Qorqud”, 1975; “Qәzәlxan”, 1991; “Otel otağı”, 1998, “Mәnim ağ şәhәrim” (1994), vә s. çәkilmişdir. 1991 ildәn ADMİU-da dәrs demişdir.











