XUDAVERDİYEV Karlen İsgәndәr oğlu (27.5.1935, Erm. Resp.Vedi r-nunun Böyük Vedi k. – 10.5.2012, Bakı) –Azәrb. riyaziyyatçısı, fizika-riyaziyyat e.d. (1973), prof. (1978). Əmәkdar Elm xadimi (2009). Azәrb. Dövlәt Un-tini (ADU) bitirmişdir (1958). ADU-nun hesablama mәrkәzindә şöbә müdiri (1961–64), Azәrb. Pedaqoji İn-tun da baş müәllim (1964–66), ADU-da funksiyalar nәzәriyyәsi vә funksional analiz kafedrasında dosent (1966–77), prof. (1977–1984), riyaziyyat vә onun tәdrisi metodikasi kafedrasının müdiri (1984–2012) vәzifәlәrindә çalışmışdır. Elmi işlәri qeyri-xәtti xüsusi törәmәli diferensial tәnliklәr üçün çoxölçülü qarışıq sәrhәd mәsәlәlәrin tәdqiqi sahәsinә aiddir. 190-dan artıq elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










