XUDİYEV Asim Xәlil oğlu (d. 22.2.1957, Bakı) – Azәrb. idmançısı. Futbol üzrә SSRİ idman ustası (1980), “Neftçi” futbol komandasının müdafiәçisi (1975–1985). 1982 ildә SSRİ Olimpiya yığma komandasında çıxış etmişdir. FIFA dәrәcәli hakim (1995), әmәkdar bәdәn tәrbiyәsi vә idman xadimidir (2009). Azәrb. Dövlәt Bәdәn Tәrbiyәsi İn-tunu (1979) vә Azәrb. Xalq Tәsәrrüfatı İn-tunu (1989) bitirmişdir.










