XUDİYEV Nizami Manaf oğlu (1.4.1949, Nax. MR, Şahbuz – 25.5.2021, Bakı) – Azәrb. dilçisi, filologiya e.d. (1990), prof. (1990), әmәkdar elm xadimi (2001). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU) bitirmişdir (1970). Hәmin ildәn pedaqoji in-tda çalışmış, birinci prorektor (1991–94), rektor (1994–96) işlәmişdir. Azәrb. Dövlәt Televiziya vә Radio Verilişlәri Şirkәtinin (1996–2005), Azәrb. Dövlәt Televiziya vә Radio Verilişlәri Qapalı Sәhmdar Cәmiyyәtinin sәdri (2005–06) olmuşdur. 2009 ildәn ADPU-da Azәrb. dilçiliyi kafedrasının müdiri işlәmişdir. Tәdqiqatları, әsasәn, Azәrb. әdәbi dili tarixinә hәsr olunmuşdur. 400-dәn çox elmi әsәrin, o cümlәdәn dәrslik vә dәrs vәsaitlәrinin müәllifidir. Ssenarilәri әsasında 50-dәn çox sәnәdli film çәkilmişdir. Azәrb. Resp. Milli Mәclisinin (1–3-cü çağırış) deputatı seçilmişdir. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir (2009).
Ə s ә r i: Seçilmiş әsәrlәri. 14 cilddә, B., 2012–18.










