XUDİYEV Nizami Nәcәfqulu oğlu (d.5.11.1960, Bakı ş.) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (2011), prof. (2017). Azәrb. Xalq Tәsәrrüfatı İn-tunu (indiki ADİU) bitirmişdir (1982). Əmәk fәaliyyәtinә ADİUda müәllim kimi başlamış (1989), bu günәdәk burada müxtәlif vәzifәlәrdә çalışmaqdadır. Tәdqiqatları sığorta işinin tәşkili, milli sığorta bazarının problemlәrinә hәsr olunmuşdur. 70-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir.
Ə s ә r i: Sığorta işi: sığortaçının maliyyә potensialı vә sığorta resurslarının idarә edilmәsi. B., 2003.










