XUDİYEV Şamil Yusif oğlu (28.12.1928, Zәngilan r-nunun Babaylı k. – 1.8.1999, Bakı) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (1989), prof. (1992). Azәrb. Xalq Tәsәrrüfatı İn-tunu (indiki ADİU, 1949) bitirmişdir. Zәngilan r-n istehlak cәmiyyәti idarәsindә baş mühasib (1949–59), Azәrb. SSR EA-nda müxtәlif vәzifәlәrdә çalışmış (1959–64), ali mәktәblәrdә pedaqoji fәaliyyәt göstәrmişdir (1965 ildәn). 300-dәn çox elmi әsәrin müәllifidir.










