Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XUEYLƏR
    XUEYLƏR, x u y t s z u l a r, x u y x u l a r m i n t z s u l a r (özlәrini l a o x u y x u l a r adlandırırlar; uyğurların әcdadları olan “xuyxelәr”, “xuyxular” sözlәrindәn) – Çindә etnokonfessional birlik. Sonralar bütün müsәlmanları, daha sonra isә yalnız Çin dilindә danışan müsәlmanları X. adlandırdılar. Bәzi mәlumatlara görә, etnonim “islamı qәbul edәnlәr”i bildirir (başqa fәrziyyәlәr dә var). Sayları 10,6 mln. nәfәrdir (2010), o cümlәdәn Ninsya-Xuey muxtar r-nunda 2,2 mln. nәfәr. Qansu (o cümlәdәn Linsya-Xuey muxtar dairәsi), Xenan, Sintszyan-Uyğur muxtar r-nunda (o cümlәdәn Çantszi-Xuey muxtar dairәsindә), hәmçinin Sinxay, Yunnan, Xebey, Şandun vә s. әyalәtlәrdә yaşayırlar; Xaynan a.-nın utsullarını da rәsmәn X.-ә aid edirlәr. Taylandda, Myanmada (pantxay), Malayziyada, Sinqapurda, Sәudiyyә Ərәbistanında vә s. yerlәrdә dә tәqr. 200 min nәfәr yaşayır. X. Çin dilindә, utsullar isә Avstroneziya dillәrinin birindә danışırlar. Dindarları müsәlmandır.
     
    Xueylәr. Orta әsrlәrә aid Böyük mәscidin
    minarәsi. Sian ş.
    X.-in әcdadları 8 әsrdәn Çinin Quancjou (burada ilk mәscid tikilmişdir), Süançjou, Yançjou port şәhәrlәrinә, hәmçinin Böyük İpәk yolu vasitәsilә Çanyana (bax Sian) gәlmiş müsәlman tacirlәri (әrәblәr, farslar, soğdilәr) vә onların Çin qadınları ilә nikahdan doğulan uşaqları hesab olunur. Yuan sülalәsi dövründә müsәlmanları mәmur işinә vә әsgәri xidmәtә cәlb edirdilәr; islam dini tәdricәn şәhәr sakinlәri arasında yayılırdı. İslam dinini qәbul etmiş kәndlilәr şm.-q. әrazilәri müstәmlәkәlәşdirirdilәr. Sin sülalәsi dövründә imperatorlar müsәlmanlara qarşı ayrı-seçkilik siyasәti aparırdılar, bu da X.-in bir qisminin Rusiya imperiyasına köçmәsi ilә nәticәlәnәn silahlı münaqişәlәrә [bax Uyğur-dunqan üsyanı (1864–77)] gәtirib çıxarırdı. ÇXR-dә X. müstәqil etnos hesab edilir.
    Ədәbiyyatda bәzәn “dunqanlar” adlandırılan Şimal-Qәrbi Çin X.-ini mәdәni eynilik fәrqlәndirir. Ənәnәvi olaraq çarvadarlıq, xırda ticarәt, zәrgәrlik vә qalayçılıq inkişaf etmişdir. Baş geyimlәri üçün kişilәrdә ağ papaqlar, cavan qadınlar da yaşıl, yaşlı qadınlarda isә ağ yaylıqlar sәciyyәvidir. Ayinlәrin keçirilmәsindә yerli icmanın başçısı aparıcı rol oynayır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 