XÚKAR – İspaniyanın ş.-indә çay. Uz. 498 km, hövzәsinin sah. 22,4 min km2. İberiya d-rının c.-q. qollarından başlanır, La-Manç platosu vә Valensiya ovalığından keçәrәk, Aralıq dәnizinin Valensiya körfәzinә tökülür. Qışda vә yazda bolsuludur. Orta su sәrfi tәqr. 40 m3/san. Üzәrindә su anbarları vә SES-lәr var. Suvarmada geniş istifadә olunur. Kuenka vә Alsira ş.-lәri X. sahilindәdir.










