XULKİMİLƏR (Gobiidae) – xanıyabәnzәrlәr dәstәsinin dәniz mәnşәli dib balıqları fәsilәsi. 230-dan çox cinsi, 1400-ә yaxın növü var. Bәdәn uz. 35 sm-әdәkdir. X.-in qarın üzgәclәri birlәşәrәk sorucu qıf әmәlә gәtirir ki, bunun kömәyilә onlar suyun güclü axını zamanı öz yerlәrindә qala bilirlәr. Döş üzgәclәri udlağın yanında yerlәşmişdir, bir-birindәn aralı iki bel üzgәci var. Bütün hәyatını qruntun içәrisindә keçirәn növlәrdә gözlәr inkişaf etmәmişdir. X. daşlar altında, boş ilbiz çanaqlarında yuva qururlar vә ya qruntda xәndәk qazırlar. Yuvada bir sutkayadәk qalan erkәk vә dişi fәrdlәr rәngini dәyişir. Dişilәr kürülәrini erkәklәrin qoruduğu vә ventilyasiya etdiyi yuvanın divarlarına yapışdırırlar. X. әsasәn tropik vә subtropik dәnizlәrdә yayılmışlar; daim şirin sularda yaşayıb çoxalan populyasiyalar әmәlә gәtirәn növlәri var, lakin şirin suda yaşayan bәzi növlәr çoxalmaq üçün dәnizә girirlәr. Filippin adaları әrazisindә yaşayan pandaka (Pandaka pygmaea) vә mistixtis (Mistichthys luzonensis) xulları onurğalı heyvanlar arasında әn xırdalarıdır: cinsi yetkinliyә çatmış erkәklәrin uz. 7–11 mm, dişilәrinki 10–14 mm. Azәrb.-ın şirin su hövzәlәrindә vә Xәzәr dәnizinin Azәrbaycan sektorunda X.-in 30-a yaxın növü yaşayır. Xәzәr vә Azov dәnizlәrindә cırtdan növlәr – Berq xulu (Taurocottus bergi), Qafqaz xulu (Knipowitschia caucasica) vә Knipoviç xulu (K. longecaudata) yaşayır; bir ildәn artıq yaşamırlar, uz. 21–24 mm olduqda cinsi yetkinliyә çatır. Girdә xul (Neogobius melanostomus), qumluq xulu (N. fluviatilis), şirman xulu (N. syrman) vә mart xulu (Mesogobius batrachocephalus) vәtәgә obyektlәridir.

Xulkimilәr: 1 – mart xulu (Mesogobius batracho cephalus);
2 – Girdә xul (Neogobius melanostomus);
3 – qumluq xulu (Neogobius fluviatilis).










