XULUQU, H u l u q u – hunnu şanyuyu [e.ә. 96 – e.ә. 85], Szüydixounun oğlu. Atasının vәsiyyәti әsasında Szüydixounun böyük oğlu hakimiyyәti X. adı ilә idarә etmәyә başladı. E.ә. 90 ildә hunnular Vanqu vә Uyuana (Çin) iki dәfә hücum edәrәk xeyli canlı qüvvәni әsir götürdü vә iki Çin sәrkәrdәsini öldürdülәr. Xan sülalәsindәn Çin imperatoru U-di hunnulara qarşı cәza qoşunu göndәrdi. X. çinlilәrin hunnular üzәrinә әn böyük hücumunu dәf edәrәk sәrkәrdә Li Quanlinin qoşununu mәhv etdi, ozünü isә әsir aldı. Şanyuy onu öz qızı ilә evlәndirәrәk sarayında әn yüksәk vәzifәyә qoydu. X. Çin şahzadәsi ilә evlәnmәk tәlәbi ilә Xan imperatoruna xәbәr göndәrdi. U-di müraciәtә cavab vermәdi. E.ә. 87 ildә U-di öldü. X.-nun Çjao-di ilә sülh vә qohumluq haqqında razılığa gәlmәk cәhdi uğursuz oldu.










