XUMARLI – Azәrb. Resp. Zәngilan r-nunun Alıbәyli ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 33 km şm.-ş.-dә, Hәkәri çayının sağ sahilindәdir. Əh. 213 (2019); işğaldan (1993, oktyabr) әvvәl üzümçülük, taxılçılıq, pambıqçılıq vә heyvandarlıqla mәşğul olurdu. Tibb mәntәqәsi var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 21 oktyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










