Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XUN SYUTSYUAN
    XUN SYUTSYUAN (xakka dilindә Fun Syuçhion; hәmçinin Xun Jenkun, Xun Hosyu) (1.1.1814, Quandun – 1.6.1864, Nankin) – taypinlәr hәrәkatının banisi vә ideoloqu, Taypin tyanqonun ilk hakimi. Kasıb xakka ailәsindә doğulmuşdur. 1836 ildә mәmur vәzifәsini tutmaq hüququ verәn imtahanda iştirak etmәk mәqsәdilә Quançjouya getmiş vә yevangelist missionerlәrlә tanış olmuşdur. 1837 ildә imtahanda tәkrar uğurs uzluğu ağır xәstәliklә nәticәlәnmişdir; X.S.-ın öz sözlәrinә görә, ölüm yatağında olarkәn mistik alәmdә yaşamış, sonradan özünü Çini xristianlaşdırmaq vә yalançı tәlimlәrdәn xilas etmәk üçün İsa Mәsihin bu dünyaya göndәrilmiş qardaşı elan etmişdir. X.S. öz evindәki buddist vә dao mehrablarını dağıtmış vә özünәmәxsus tәrzdә xristianlığı tәbliğ etmәyә  başlamışdır. 1843 ildә doğulduğu kәnddә Allaha pәrәstiş cәmiyyәtini (Bay Şandi xuey) tәsis etmiş, 1844 ildә bir neçә şagirdi ilә birlikdә qonşu Quansi әyalәtinә qaçmaq mәcburiyyәtindә qalmışdır. Tәdricәn X.S.-ın әtrafında onun bәrabәrlik ideyalarından vә mancurların hakimiyyәtinә qarşı mübarizәyә sәslәyәn çağırışlarından tәsirlәnmiş çoxsaylı tәrәfdarlar qrupu formalaşdı. 23.3.1851 ildә X.S. özünü Böyük Rifah Sәma dövlәtinin (Taypin tyanqo) hökmdarı elan etdi. 1853 ilin martında taypinlәr Mәrkәzi Çinin әn böyük şәhәri Nankini әlә keçirәrәk, imperator sarayını tutdular vә şәhәri paytaxt elan etdilәr. X.S. yeni dövlәtin әsaslarını әtraflı tәsvir edәn vә Taypin tyanqonun özünәmәxsus konstitusiyası rolunu oynayan “Sәma sülalәsinin torpaq sistemi”ni (“Tyan-çaotyan-muçji-du”) nәşr etdi. Tezliklә X.S. real hakimiyyәti silahdaşlarına verdi vә dövlәt işlәrindәn uzaqlaşaraq, xristianlığı dәrindәn öyrәnmәyә başladı. 1.6.1864 ildә, Taypin tyanqonun mәğlubiyyәti qaçılmaz olduğu vaxt, X.S. zәhәr içәrәk intihar etdi. Nankin alındıqdan sonra onun cәsәdi mәzardan çıxarılıb yandırıldı. X.S. Çin tarixindә xristianlıq ideyalarını geniş yaymağa cәhd göstәrmiş vә bu zaman әnәnәvi inancları, adәtlәri radikal şәkildә inkar etmiş ilk din xadimi idi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 