XUNƏC, X u n ә – Azәrb.-da orta әsr şәhәri. Ərәb müәlliflәrindәn İbn әl-Fәqih, İstәxri, Müqәddәsi, İdrisi vә b. X. haqqında mәlumat vermişlәr. Miyanә vә Dәhxәrrәqan arasında mühüm karvan yolları üzәrindә yerlәşәn X.-dә 9–13 әsrlәrdә sәnәtkarlıq vә ticarәt inkişaf etmişdi. Müqәddәsinin mәlumatına görә, Miyanәdәn X.-ә tәqr. 25 km yol vardı. Monqollar dövründә tәnәzzülә uğradığı ehtimal edilir. X. hazırda Kağızkunan (Cәnubi Azәrb.-dadır) adlanır.










