Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XUNƏCİ 
    XUNƏCİ (), Ə b u A b d u l l a h Ə f z ә l ә d d i n M ә h ә m m ә d N a m a v ә r i b n Ə b d ü l m ә l i k ә l –
    X u n ә c i (1194, Cәnubi Azәrb., Xunәc – 22.12. 1248, Qahirә) – Azәrb. filosofu, mәntiq alimi, hüquqşünas, tәbib. Onun hәyatı vә fәaliyyәti haqqında әn mötәbәr mәnbә tәlәbәsi İbn Əbi Üseybiәnin “Uyun әl-әnba fi tәbәqat әl-әtibba” (“Tәbiblәr tәbәqәlәri barәdә xәbәrlәrin qaynaqları”) kitabıdır. İlk tәhsilini Xunәcdә almış, sonralar Yaxın Şәrqin bir çox şәhәrinә sәyahәt etmişdir. Ömrünün son illәrindә Misirin baş qazısı olmuşdur. Yüksәk erudisiyaya malik X. dini elmlәrlә yanaşı, dünyәvi elmlәrә dә bәlәd idi. Zәngin vә çoxşaxәli irsindәn “Şәrh maqalәhu әr-Rәis İbn Sina fin-nәbz” (“Rәis İbn Sinanın nәbz haqqında dediklәrinin şәrhi”), Şәrh “әl-Qanun fit-tibb” (“Tibb qanunu” kitabının şәrhi), “Ədvar әlhümmәyat” (“Qızdırmanın dövrlәri”) traktatları mәşhurdur. Mәnbәlәrdә әn çox mәntiqçi filosof kimi xatırlanan X.-nin “әl-Cümәl fil-mәntiq” (“Mәntiqә dair cümlәlәr”), “Kәşf әl-әsrar әn qәvamid әl-әfkar” (“Fikirlәrin qaranlıq yerlәrindә sirlәrin kәşfi”), “Mәqalә fi-l-hüdud vә-r-rusum” (“Tәriflәrә vә tәsvirlәrә dair mәqalә”) әsәrlәri orta әsrlәr fәlsәfi fikrinin qiymәtli nümunәlәrindәndir. Filosofun әsәrlәrinin, elәcә dә onlara yazılmış şәrhlәrin ayrı-ayrı dövrlәrdә üzü köçürülmüş әlyazma nüsxәlәri dünyanın müxtәlif ölkәlәrinin kitabxanalarında saxlanılır. Tәlәbәsi İzәddin әl-Ərbili X.-nin ölümündәn tәsirlәnәrәk mәrsiyә yazmışdır.
    İdrak nәzәriyyәsi vә mәntiq. X. idrakı hissi vә әqli mәrhәlәlәrә ayıraraq, onları vәhdәtdә öyrәnmişdir. Onun tәlimindә “tәsәvvürlәr” vә “tәsdiqlәr” haqqında mühakimәlәr idrak nәzәriyyәsi ilә mәntiq arasında ortaqlıq yaradır. X. tәsәvvür vә tәsdiqlәri nәzәri vә zәruri qisimlәrә ayırırdı. Bilavasitә hissi mәlumatlar vә aşkar müddәalardan ibarәt zәruri (yaxud aşkar) bilik sübut tәlәb etmir. Vasitәli mәlumatlardan ibarәt nәzәri (yaxud kәsbi) bilik sübut tәlәb edir. Zәruri bilik idrakın hissi vә әqli mәrhәlәlәri ilә, nәzәri bilik isә yalnız әqli mәrhәlә ilә bağlıdır.
    X.-nin idrak tәlimindә dil vә tәfәkkür mәsәlәsi mühüm yer tutur. Farabi, İbn Sina, Bәhmәnyar kimi, X. dә sözü anlayışın (fikrin) ifadәçisi (göstәricisi) adlandırmışdır. Sözün müәyyәn mәna ifadә etmәsi üç prinsip әsasında olur: mәnanı tam ifadә edәn mütabiqlik (uyğunluq), qismәn ifadә edәn natamamlıq vә mәnadan xaricdә olanı ifadә edәn iltizam. O, mütabiqliyә insanın “düşüncәli varlıq”, natamamlığa ayrılıqda ya “düşüncәli”, ya da “varlıq”, iltizama isә “yazı yazmaq sәnәtinә vә biliyә qabil” olmasını misal göstәrirdi.
    Anlayışları substansionallıq vә aksidentallıq cәhәtdәn nәzәrdәn keçirәn X. növ, cins, fәrqlәndirici әlamәt, habelә xüsusi vә ümumi aksidensiyaların geniş tәhlilini vermişdir. Ümumi anlayışların şәrhi tәrif bәhsi üçün müqәddimә rolunu oynamışdır. Ona görә, tәrif şeyin mahiyyәtinin, mәzmununun açılmasından irәli gәlir. Tәrif vermәyin mövcud şәrt vә üsullarını qeyd edәn filosof hökm bәhsindә bu tәfәkkür formasının iqrarlıq vә inkarlıq ifadә etmәsini mühüm şәrt saymışdır. Hökmlәri qәti vә şәrti olmaqla iki yerә bölmüşdür. “Hökm ya şәrtidir ki, onun tәrәflәri iki hökmә ayrılır, ya da qәtidir ki, hәmin iki hökmün yerini iki sadә söz tutur”. Qәti hökmlәr subyekt, predikat vә onların aralarındakı әlaqәdәn tәşәkkül tapır. Şәrti hökmlәr isә birlәşdirici (hökmlәrdәn biri digәrini özünә qoşur) vә tәqsimi (ondakı müddәa iki hökm arasında bir-birini rәdd etmәklә irәli sürülür) olmaqla iki yerә bölünür. X. hökmlәr arasında ziddiyyәt vә әkslik münasibәtinә diqqәt yetirmişdir; ziddiyyәt iki hökmün iqrarlığa vә inkarlığa görә ixtilafıdır, onlardan birinin öz-özlüyündә doğruluğu digәrinin yalan olmasını labüd edir. X.-nin tәlimindә çevrilmә vә dәyişilmә mәntiqi әmәliyyatları da xüsusi araşdırılmışdır. Dәyişilmә hökmün iki tәrәfindәn hәr birinin digәri ilә әvәz edilmәsidir. Dәyişilmә iki cürdür: bәrabәr dәyişilmә, mәhdudiyyәtlә dәyişilmә. Bәrabәr dәyişilmәdә hökmün kәmiyyәti, keyfiyyәti, doğruluğu, yaxud yalanlığı saxlanılır. Xüsusi iqrari vә ümumi inkari hökmlәr dә bәrabәr dәyişilir. Predikatın hәcminin subyektin hәcmindәn geniş olduğu ümumi iqrari hökmlәrdә dәyişilmә mәhdudiyyәtlә olur.
    X. istidlal anlayışına “başqa bir nitqi öz-özlüyündә lazım bilәn müddәalardan düzәlmiş nitq” kimi tәrif vermiş, daha çox deduktiv istidlallar üzәrindә durmuş, sillogizmin müxtәlif formalarını tәhlil etmişdir. Sillogizmi birlәşdirici vә istisnaedici qisimlәrilә müqayisә edib fәrqlәndirmişdir. Müqәddimәlәr faktiki olaraq nәticәni, yaxud onun әksini әhatә etdikdә sillogizm istisnaedici, әks halda birlәşdirici adlanır. Birlәşdirici sillogizmin mәntiqi strukturunu axtarılanın kiçik termin adlanan subyektini özündә birlәşdirәn kiçik müqәddimә vә böyük termin adlanan predikatını özündә birlәşdirәn böyük müqәddimә olaraq müәyyәnlәşdirirdi. X. sillogizmin bütün fiqurlarının vә onların moduslarının geniş şәrhini verәrәk, şәrti quraşdırıcı sillogizmlәri beş qismә ayırırdı: iki birlәşdirici; iki tәqsimi; bir birlәşdirici vә bir tәqsimi; bir qәti vә bir birlәşdirici; bir qәti vә bir tәqsimi hökmlәrdәn düzәlәn sillogizmlәr.
    X. özünün idrak nәzәriyyәsi vә mәntiqindә tәfәkkür formalarını (anlayış, hökm vә istidlal) struktur cәhәtdәn araşdırmaqla bәrabәr, onların daşıdığı mәna vә mәzmuna da böyük әhәmiyyәt vermişdir. Bu baxımdan onun fәlsәfi vә mәntiqi görüşlәri sxolastikaya qarşı yönәlmiş, Şәrq ölkәlәrindә elmi-fәlsәfi fikrin inkişafında mühüm rol oynamışdır. Mәhәmmәd ibn Salim Hәmәvi, Siracәddin Urmәvi, Mәhәmmәd ibn Davud Tәlәmsani, Fәxrәddin Əli ibn Mәhәmmәd, Nәcmәddin Katibi Qәzvini vә b. onun әsәrlәrini şәrh etmişlәr.
    Əd.: Mәmmәdov Z. Azәrbaycan fәlsәfәsi tarixi, B., 2006.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 