XUNŞAN – Mancuriyanın c.-ş. әrazisindә Neolit dövrünә aid arxeoloji mәdәniyyәt. Adını indiki Çifın ş.-ndәn (ÇXR, Daxili Monqolustan muxtar r-nu,) 6 km şm.-ş.-dә Xunşan d. yaxınlığındakı qazıntılardan almışdır. Yaşayış mәskәnlәri (sah. 2–3 km2), o cümlәdәn dulusçuluq sobaları ilә; dәfn yerlәri vә mәbәd komplekslәri (Nüxelәn vә s.) tәdqiq edilmişdir; dirәk konstruksiyalı evlәr (gil ilә suvanmış ocağı, sah. 105 m2-dәk olan yarımqazmalar) tәdqiq olunmuşdur.

Əjdaha formasında hәmayil. Nefrit. Xunşan mәdәniyyәti.
Çin Milli Muzeyi (Pekin).
Kalibrlәnmiş radiokarbon mәlumatlarına görә, X. 6660–4900 il әvvәlә aiddir. Narın gildәn hazırlanmış, üzәri narıncı, qırmızı vә ya boz fonda olan qara, yaxud şabalıdı (tünd qırmızı) naxışlı (әsasәn, әyrixәtli hәndәsi motivlәr) keramik kasalar, amforayabәnzәr qablar, sәhәnglәr vә s.; qum qatışığı olan gildәn hazırlanmış, cızma, yaxud möhürlә vurulan ziqzaqlarla, nadir hallarda isә xırda cızıqlarla naxışlanmış yapma köbәlәri, bәzәn enli şaquli qulpları olan kәsik konusvarı qablar vә bәrnilәr; antropomorf vә s. heykәlciklәr aşkarlanmışdır. Prizmaşәkilli nukleuslardan qәlpәlәn dirilmiş çaxmaqdaşı, әqiq vә xalsedondan olan nazik, xırda lövhәciklәr sәciyyәvidir; ox ucluqları, qaşovlar, bıçaqlar vә s.; cilalanmış miniatür baltalar, iskәnәlәr vә s.; toxalar, “kürәklәr”, dәndaşılar vә s.; şistdәn hazırlanmış dәliklәri olan oraq-bıçaqlar tapılmışdır. Nefritdәn olan bir çox mәmulatlar arasında doğum kultları ilә әlaqәli olan bir sıra hәşәrat növlәrinin sürfәlәrinin müfәssәl tәsvirlәri var. Əsasәn, әkinçiliklә, hәmçinin ovçuluq vә yığıcılıq ilә mәşğul olmuşlar.

Naxışlı saxsı qab. Xunşan mәdәniyyәti. Çin Milli Muzeyi (Pekin).
X. şimal (“mikrolitlәr mәdәniyyәti”, Amurboyundan Koreya y-anın şm.-ınadәk) vә cәnub (“boyalı keramika”) mәdәniyyәtlәrinin qarşılıqlı tәsir zonasıdır. X. әnәnәlәri, әsasәn, Syaoxeyan mәdәniyyәtindә, hәmçinin Syaszyadyanın aşağı tәbәqәsindә izlәnilir.










