XUNTA (isp. junta – toplantı, birlik) – 16–20 әsrlәrdә İspaniya vә Latın Amerikasının dövlәti tәcrübәsindә siyasi institut. 16–19 әsrin әvvәllәrindә X.-lar mәşvәrәtçi, mәhkәmә vә tәmsilçi finksiyalarına malik kral administrasiyası orqanlarından ibarәt idi; sәlahiyyәtlәrinin dar ixtisaslaşması, kraldan birbaşa asılılığı vә elitar sosial tәrkibi ilә kral şuralarından fәrqlәnirdi. X.-ların tiplәri fәaliyyәtlәrinin müddәtlәri vә mәqsәdlәrinә görә fәrqlәnirdi. Mәhdud yurisdiksiyaya malik kral mәhkәmәlәri, hәmçinin krallarla korteslәr arasında vasitәçi kimi çıxış edәn X.-lar vә korteslәrdә deputatları olmayan regionları tәmsil edәn X.-lar (mәs., bask әyalәtlәrinin X.-ları) daimi statusa malik idilәr. Müvәqqәti sәlahiyyәtlәrә malik X.-lar, bir qayda olaraq, konkret fövqәladә vә inzibati problemlәrin hәlli üçün kral fәrmanı ilә formalaşdırılan ekspert komitәlәri (maliyyә, dәniz, ticarәt, müstәmlәkә qanunvericiliyi, dövlәt vә kilsә münasibәtlәri) daha geniş yayılmışdı. Monarxın olmaması, yaxud hәddi-buluğa çatmadığı hallarında regent sәlahiyyәtlәrinә malik olan hökumәt X.-ları fәaliyyәt göstәrirdi. İspaniyanın müstәqilliyi uğrunda müharibә (1808–14) dövründә fransapәrәst ispan hökumәtinә vә Fransa ordusuna qarşı müqavimәtin tәşkilatçıları qismindә çıxış edәn yerli hakimiyyәt funksiyalarına malik vәtәnpәrvәr komitәlәr dә X. adlanırdı. 1808–10 illәrdә qiyamçıların fәaliyyәtini әlaqәlәndirәn, beynәlxalq sazişlәr imzalayan (mәs., 1809 ildә B.Britaniya ilә), korteslәrin Müәssislәr mәclisinin çağırılmasını tәmin edәn Ali mәrkәzi hökumәt X.-sı Fransa hakimiyyәtindәn azad olan әrazilәrdә VII Ferdinandın adından ali hakimiyyәti hәyata keçirirdi (sonradan öz sәlahiyyәtlәrini Regent şurasına verdi). Latın Amerikasın da müstәqillik uğrunda müharibә zamanı X.-lar ispan müstәmlәkәçi hakimiyyәtinә qarşı üsyanların tәşkilatçıları, müstәqil әrazilәrdә müvәqqәti hökumәtlәr qismindә çıxış edәn yerli komitәlәrdәn ibarәt idi. 19 әsrdә X.-lar hәm liberal, hәm dә mühafizәkar tәmayüllü ictimai hәrәkatların özünütәşkil forması; tәbliğat vә nümayişlәrdәn tutmuş, hәrbi qiyam vә dövlәt çevrilişlәrinә (mәs., 1868–74 illәr inqilabı zamanı) qәdәr müxtәlif mübarizә metodlarından istifadә edәn leqal vә gizli siyasi müxalifәt institutları olmuşdur. 20 әsrdә hәrbi yolla dövlәt çevrilişi hәyata keçirәn vә dövlәti avtoritar, diktator metodları ilә idarә edәn siyasi xadimlәr qrupunu adәtәn X. adlandırırdılar (mәs., 1973–90 illәrdә Çilinin hökumәt X.-sı).










