XUPALAR (yurok dilindә mәskunlaşdıqları әrazinin adından) – ABŞ-da Sakit okean atabaskları qrupuna aid hindi xalqı. Əsasәn, Kaliforniya ştatının şm.-q.-indә, Tiriniti çayı vadisindәki Xupa-Velli rezerva siyasında yaşayırlar. Sayları tәqr. 2,5 min nә fәrdir (2000). Xupa dili ingilis dili tәrәfindәn sıxışdırılır. Dindarları xristiandır, bir hissәsi әnәnәvi inanclarını qoruyub saxlayır.
Linqvistik mәlumatlara görә, X. buraya tәqr. 1-ci minilliyin ikinci yarısında şm.-dan köçmüşdülәr. Ümumi adları olmasa da, etnik özünüdәrkә malik idilәr. Ənәnәvi mәdәniyyәtlәri Şimal-Qәrbi Kaliforniyanın hindilәri üçün sәciyyәvidir. Ənәnәvi mәşğuliyyәtlәri balıqçılıq (qızılbalıq) vә yığıcılıqdır (palıd qozası). Palıd qozalarını yuroklarda olan qurudulmuş yosunlara dәyişirdilәr. Ovçuluq (maral) yardımçı әhәmiyyәt daşıyırdı. Tütün becәrirdilәr. Əsas sәnәt sahәlәri sәbәthörmә, ağac (әsasәn, sidr) vә maral buynuzu emalıdır (qaşıq vә balıqqulağı yığılan hәndәsi naxışlarla bәzәdilmiş pul kisәsi). Yuroklardan ağacdan yonulmuş kanoelәr alırdılar. Tiriniti çayı boyunca 12 yaşayış mәskәnindә oturaq hәyat tәrzi (payızda qısamüddәtli palıd qozası yığımı vaxtı istisna olmaqla) keçirirdilәr. Kiçik ailә sәciyyәvidir. Dәyirmi girişi olan sidr lövhәlәrindәn ibarәt düzbucaqlı evlәr dә yaşayırdılar. Kәnddә bir neçә qrupa bölünәn 50–160 nәfәr yaşayırdı. Sosial statusu tәyin edәn әmlak tәbәqәlәşmәsi inkişaf etmişdi. Varlılar qәbilәdә qeyri-formal liderlәr idilәr.
Tәsәrrüfat sahәlәrinә xüsusi mülkiyyәt, borc kölәliyi vә dәymiş ziyana görә cәrimә-kompensasiyalar sistemi mövcud idi. Əsas mәrasimlәri var-dövlәtin nümayişi, Ağ maral vә s. rәqslәrin müşayiәti ilә keçirilәn “Dünyanın yenilәnmәsi” mәrasimidir; hәmçinin nübar meyvә bayramları, tәsәrrüfat kultları, animizm, şamanizm sәciyyәvidir.

Xupalarda qadınşaman. 1923.
1850 ildәn Tiriniti çayının yuxarı axarlarında qızıl tapılandan sonra amerikalılarla müntәzәm әlaqәlәri başlamışdır. 1864–76 illәrdә X. üçün Kaliforniyada әn iri rezervasiya yaradılmışdı. Ağac tәdarükü vә ağdәrililәrin fermalarında muzdla işlәyәn X. tәdricәn әkinçilik vә heyvandarlığa keçdilәr. 20 әsrin ortalarından X., әsasәn, ağac tәdarükü ilә mәşğul olurlar Yaşayış sәviyyәsi Kaliforniya hindilәrinin çoxunun yaşayış sәviyyәsindәn yüksәkdir. Özünüidarә (tayfa şurası) mövcuddur. Etnik özünüdәrki qoruyub saxlamışlar. Ənәnәvi mәdәniyyәtin (sәnәtkarlıq vә s.) dirçәldilmәsinә cәhdlәr edilir.










