XURİ, ә l - X u r i ( الخوري) Bişara Xәlil (10.8.1890, Rişmayә – 1964, Beyrut) – Livan dövlәt vә siyasi xadimi. 1934 ildә nüfuzlu әl-İttihad әd-düsturi (Konstitusiyalı birlik) partiyasının әsasını qoymuşdur. 1943–52 illәrdә müstәqil Livan Resp.-nın ilk prezidenti olmuşdur. Xalq kütlәlәrinin narazılığının artması vә ölkәni bürümüş ümumi tәtil nәticәsindә istefaya çıxmışdır (1952, sentyabr).










