XURSANİYƏ NEFT YATAĞI – Sәudiyyә Ərәbistanında dünyanın iri neft yataqlarından biri. İran körfәzi sahilindә, Əl-Cübayl
ş.-ndәn 120 km c.-q.-dәdir. İran körfәzi neftli-qazlı hövzәsinә daxildir. 1956 ildә kәşf edilmiş, 1960 ildәn istismara verilmişdir. Neftin ilkin sәnaye ehtiyatı 314 mln. t-dur. 2057–2310 m dәrinlikdәki 10–30 m qalınlıqlı Üst Yura әhәngdaşları neftlidir. Neftin sıxlığı 865–870 kq/m3, kükürdün miqdarı 2,38–2,54%-dir. Neft Əl-Cübayl ş.-ndәki neft emalı z-duna kәmәr vasitәsilә ötürülür.










