XURSANŞAHLIQ – erkәn orta әsrlәrdә Azәrb.-da kiçik hakimlik; Dәrbәndlә Şirvan arasında idi. Mәrkәzi Xursan qalası olmuşdur. 6 әsrdә, Sasanilәr dövründә Albaniyada (Qafqaz) kiçik hakimliklәrlә yanaşı yaranmışdı. Bәlazurinin (9 әsr) mәlumatlarına görә, lәkzlәri (lәzgilәri) tabe vәziyyәtinә salan Xursan hakimlәri әvvәllәr әrәblәrә müqavimәt göstәrsәlәr dә, onların vassalı oldular. X.-ın әrazisi 10 әsrin ortalarında Şirvanşah Mәhәmmәd ibn Yәzidin dövründә [948–956] Şirvanşahlar dövlәtinә qatıldı.










