XURŞUD – Azәrb. Resp. Salyan r-nunun Arbatan ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 6 km şm.-q.-dә, Muğan düzündәdir. Əh. 962 (2019); әkinçilik (taxılçılıq, pambıqçılıq, tәrәvәzçilik) vә heyvandarlıqla mәşğuldur. Ümumi orta mәktәb, kitabxana, diyarşünaslıq evi (klub), hәkim mәntәqәsi var. Ərazidә orta әsrlәrә aid Xurşud nekropolu, Xurşud yeri әhәmiyyәtli tarix vә mәdәniyyәt abidәsi kimi qeydә alınmışdır.










