XUZANQAY Pyotr (Peder) Petroviç (22.1.1907, Kazan quberniyasının Spassk qәzası – 4.3.1970, Çeboksarı) – çuvaş şairi, tәrcümәçi, ictimai xadim, Çuv. MSSR xalq şairi (1950), Çuv. MSSR Dövlәt mükafatı laureatı (1967). Çuvaş pe daqoji texnikumun da vә Şәrq Pedaqoji İn-tunda (Kazan) tәhsil almışdır. İlk şeirlәri 1924 ildә dәrc olunmuşdur. “Suntal” jurnalı (1925–26) vә “Kommunar” qәzeti redaksiyalarında (1931–34) işlәmiş, Çuv. MSSR Yazıçılar İttifaqının sәdri olmuşdur. İkinci Dünya müharibәsindә iştirak etmişdir (1942–45). 1928 ildә “Oyananda” adlı ilk şeirlәr kitabı çap olunmuşdur. 1938 ildә millәtçilikdә tәqsirlәndirilәrәk hәbs olunmuş, 1939 ildә azadlığa buraxılmışdır. X. müharibә mövzusunu cәbhә şeirlәrindә, “Tanya” (1942), “Qәlәbә nәğmәsi” (1945) poemalarında, “Aptramanın ailәsi” (1954) mәnzum romanında әks etdirmişdir. “Rumın mayı”, “Qızılgüllәr ölkәsinin tәbәssümü”, “Qafqazın poeziyası”, “Bolqar silsilәsindәn”, “Uzaq uçuş” kimi әsәrlәrin, bir sıra tәnqidi mәqalәlәrin müәllifidir. Ş.Rustaveli, U.Şekspir, A.S.Puşkin, M.Y.Lermontov, V.V.Mayakovski, gürcü, bolqar vә Ukrayna şairlәrinin әsәrlәrini çuvaş dilinә tәrcümә etmişdir. Çuvaş Dövlәt Mәdәniyyәt vә İncәsәnәt İn-tu qarşısında büstü qoyulmuş (2006), vәtәnindә muzeyi yaradılmışdır. Bәzi şeirlәri Azәrb. dilinә tәrcümә edilmişdir.











