XUZİSTAN ƏRƏBLƏRİ, Ə h v a z ә r ә b l ә r i, әh v a z i – İranın c.-q. hissәsindә, Xuzistanda yaşayan әrәblәr. Sayları 1,5 mln. nәfәr (2016), digәr mәlumatlara görә 5 mln. nәfәrәdәkdir (2015). Ərәb dilinin Cәnubi Mesopotamiya dialektlәrinә yaxın olan Xuzistan dialektindә danışırlar, fars dilidә yayılmışdır. Dindarları müsәlmandır.
Xuzistanın әrәb әhalisi 16–17 әsrlәrdәn artmağa başladı. 20 әsrin birinci rübünәdәk burada Ərәbistan muxtar әmirliyi mövcud idi. 1925 ildә Rza şah Pәhlәvi tәrәfindәn lәğv edilәn әmirlikdә әrәb dilindә tәdris vә nәşriyyat fәaliyyәti qadağan olundu. X.ә.-nin arasında separatçı vә İraqpәrәst meyillәr yayılmışdı, separatçı tәşkilatlar da mövcud olmuşdur. Xuzistan münaqişәsi İran-İraq müharibәsinin (1980–88) әsas sәbәbi idi.










