XÜLQİ (?–?) – 15 әsr Azәrb. şairi. Bir müddәt Heratda yaşamış, Nәvai mәclislәrin dә tәqdir olunmuş, Nәvai әdәbi mәktәbinә mәnsub şair kimi tanınmışdır. Sәfәvilәr zamanında Azәrb.-a qayıtmışdır. Nәvainin “Mәclis-ün-nәfais” әsәrindә X.-nin Əlincә şeyxzadәlәrinә mәnsubluğu haqqında mәlumat var. Əldә olan şeir parçalarında özbәk әdәbiyyatının, xüsusilә Nәvainin tәsiri özünü göstәrir.










