XÜMS (әr. خمس– beşdә bir) – müxtәlif formalarda qazanılan mal vә ya pulun 1/5-i miqdarında vergi növü; dinin vacib hökmlәrindәn biri. Tәtbiq olunduğu ilk qazanc forması hәrbi qәnimәt idi. Bәdr döyüşündәn (624) әldә edilәn qәnimәtlәrin bölüşdürülmәsi ilә bağlı mübahisәnin hәlli zamanı Quran ayәsilә (8:41) tәsbit olunmuşdur. Ayәyә görә, qәnimәtin 1/5-i peyğәmbәrә, onun ailәsinә, yetimlәrә, yoxsullara vә sәfәrdә möhtac qalanlara çatmalı idi. Əmәvilәr dövründәn (661–750) X.-ün çox hissәsini dövlәt mәnimsәyirdi. X. bir sıra digәr qazanc formalarına da şamil edilir: faydalı qazıntı mәdәnlәri; dәfinәlәr; dәniz dibindәn çıxarılan qiymәtli tapıntılar; ümumi illik gәlirin illik xәrclәrdәn әlavә qalan hissәsi.










