Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XÜRRƏMİLƏR HƏRƏKATI 
    XÜRRƏMİLƏR HƏRƏKATI – Azәrb.-da vә qonşu ölkәlәrdә Abbasilәr xilafәtinә qarşı baş vermiş geniş xalq azadlıq hәrәka -tı. Ərәb mәnbәlәrinin (Tәbәri, Dinәvәri, İbn әn-Nәdim, Əbu Mәnsur әl-Bağdadi vә b.) mәlumatına görә, xürrәmilәrin ilk çıxışları 778/79 ildә xәlifә әl-Mәhdinin dövründә olmuşdur. Nizamülmülkün mәlumatına görә, 778 ildә Cürcan batinilәri xürrәmilәrlә birlәşdikdәn sonra Xilafәtә qarşı üsyan qaldırmışdılar. Əbül-Ğәrra vә oğlunun başçılığı ilә Reyә tәrәf hәrәkәt edәn üsyançıları әrәblәrin qoşunu mәğlubiyyәtә uğratdı. 807/08 ildә xәlifә Harun әr-Rәşidin dövründә Azәrb.-da xürrәmilәrin yeni, daha geniş çıxışı baş verdi. Üsyan tezliklә İsfahan vә digәr vilayәtlәrә yayıldı, Rey vә Hәmәdan xürrәmilәri dә üsyançılara qoşuldular. Ərdәbil mahalında üsyana Bәzz qalasının sahibi Cavidan rәhbәrlik edirdi. Ərәb sәrkәrdәsi Abdullah ibn Malikin başçılığı ilә 10 minlik süvari qoşunu üsyanı amansızlıqla yatırdı, ağır döyüş minlәrlә üsyançının hәyatına son qoydu; әsir alınan kişilәr xәlifәnin әmri ilә öldürüldü, qadın vә uşaqlar isә qul kimi satıldı. Üsyançılar dağlara çәkildi. Bu mәğlubiyyәtdәn sonra xürrәmi başçıları Cavidan ilә Əbu İmran arasındakı münaqişәnin kәskinlәşmәsi hәrәkatın zәiflәmәsinә sәbәb oldu. Növbәti vuruşmaların birindә Əbu İmranı öldürәn Cavidan aldığı ağır yaralardan hәlak oldu (816). İcmaya rәhbәrlik onun әn yaxın silahdaşı Babәkә keçdi.
    Babәkin çağırışı ilә Azәrb. vә Arranın müxtәlif guşәlәrindәn axışan әrәblәrdәn narazı әhalinin hesabına xürrәmilәr ordusunda yalnız süvarilәrin sayı 20 min nәfәrә çatdı. Çox keçmәdәn Azәrb.-ın cәnub torpaqlarının xeyli hissәsi әrәblәrdәn tәmizlәndi. Üsyan qonşu vilayәtlәrә yayıldı. Ayrı-ayrı dәstәlәrә Babәkin әn yaxın kömәkçilәri Adin, Abdullah, Tәrxan, Rüstәm vә b. sәrkәrdәlәr başçılıq edirdilәr. Babәkin tapşırığı ilә onlar әrәblәrin mülk vә malikanәlәrini әlә keçirir, xilafәtin göndәrdiyi ordu hissәlәrinә hücumlar edirdilәr. 819 ildә sәrkәrdә Yәhya ibn Muazın başçılığı ilә göndәrilәn ilk nizami ordu uğur qazana bilmәdi. İki il sonra Azәrb. vә Arranın yeni valisi İsa ibn Mәhәmmәdin silah-sursatla tәchiz edilmiş qoşunu döyüş meydanından qaçdı. Ərәblәrin sonrakı hücumları da uğursuzluqla nәticәlәndi. Nәhayәt, 827– 828 illәrdә xürrәmilәrә qarşı döyüşәn әrәb sәrkәrdәsi Mәhәmmәd ibn Humeyd әt-Tusi müvәffәqiyyәt qazana bildi. Buna Arranda yerli feodallar arasında baş verәn çәkişmәlәr vә qiyamlar şәrait yaratdı. 829 il iyunun 3-dә Hәştadsәr dağı yaxınlığında Bәzz qalasını әlә keçirmәk istәyәn әrәblәrlә babәkilәr arasında baş verәn hәlledici vuruşma xürrәmilәrin qәlәbәsi ilә nәticәlәndi. Xәlifә әl-Mәmunun ölümündәn (833) sonra X.h. yeni qüvvә ilә alovlandı. Nizamülmülkün mәlumatına görә, üsyan İsfahan, Fars vә Kuhistanı da bürüdü. Xilafәtin varlığı üçün tәhlükә yarandığını başa düşәn xәlifә әl-Mötәsim [833–842] әsas strateji tranzit yolu üstündә yerlәşәn Hәmәdanın yaxınlığında düşәrgә salmış xürrәmilәrә qarşı ordu göndәrdi. Döyüş әrәblәrin qәlәbәsi ilә nәticәlәndi. Bu qәlәbәdәn sonra xәlifә әl-Mötәsim bütün qüvvәlәri xürrәmilәrә qarşı yönәltmәyin vacib olduğunu başa düşdü. Bir sıra tәdbirlәr hәyata keçirdi. Tәkcә 837 ildә Babәklә müharibәyә bir mln. dirhәm xәrclәndi. 835–36 illәrdә әrәblәrlә xürrәmilәr arasında gah bu, gah da digәr tәrәfin qәlәbәsi ilә nәticәlәnәn döyüşlәr baş verdi. 836 ilin qışında xәyanәt nәticәsindә Babәkin әn yaxşı sәrkәrdәsi qәtlә yetirildi. Xürrәmilәrin fәaliyyәtini mürәkkәblәşdirәn bu qәtldәn sonra hәrәkat iştirakçıları bircә dәfә dә qәlәbә qazana bilmәdilәr. Yeni qüvvәlәrlә möhkәmlәndirilmiş xәlifә ordusu 837 il avqustun 26-da xürrәmilәrin istinadgahı Bәzz qalasını әlә keçirә bildi. Babәkin başçılığı ilә tәqr. 21 il davam etmiş mübarizә Ərәb xilafәtinә ağır zәrbә vurdu, onun әsaslarını sarsıtdı (әtraflı mәlumat üçün bax “Azәrbaycan” xüsusi cildinә).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 