Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XÜRRƏMİLİK 
    XÜRRƏMİLİK – 8–9 әsrlәrdә, әsasәn, Azәrb. vә İranda yayılmış batini tәriqәt.
    Ərәb mәnbәlәri X.-in islamdan әvvәl mövcud olduğunu göstәrәrәk mәzdәkiliyi dә ona aid edir. Hәm mәzdәkilik, hәm dә ondan sonra ardıcıl baş vermiş batini sәciyyәli xalq hәrәkatları (Əbu Müslim üsyanı, sünbadilәr, Xürrәmilәr hәrәkatı, Müqәnna üsyanı, Mәzyar üsyanı vә s.) әzәli ilahi prinsipi vә ictimai bәrabәrliyi pozmuş hesab etdiklәri hakim dini-siyasi ideologiyaya qarşı çıxdıqlarına görә rәsmi tarixnә vislikdә heterodoks kimi qәlәmә verilmiş, buna görә dә, X. dә daxil olmaqla, bu hәrәkatlar barәsindә ziddiyyәtli fikirlәr formalaşmışdır.
    Orta Asiyada eyni әqidәni paylaşan vә mübәyyizlәr (әr. “ağgeyimlilәr”) kimi tanınan Müqәnna üsyanı ilә yanaşı, Abbasilәrә qarşı rәng simvolikasına müraciәt etmiş xürrәmilәr ilk dәfә olaraq qırmızı bayraq altında fәaliyyәt göstәrmişlәr. X. Əbu Müslimin ideyalarını davam etdirdiyinә görә “Müslimiyyә”, qırmızı geyim vә qırmızı bayrağa görә “mühәmmirә” (әr. “qırmızı-geyimlilәr”), Abbasilәr sarayının mötәzilә mәzhәbli siyasi islam modelinә qarşı çıxdığına vә o dövrdә tәqib olunan әhli-beyt inanclı xalq islamını tәmsil etdiyinә görә “batiniyyә”, xürrәmilәr isә “rafizilәr” (dindәn sapanlar) vә ya “qulat” (ifrat şiәlәrә verilәn ad), hәtta “zındıqlar” (atәşpәrәstlәrә verilәn ad) da adlandırılmışlar. “Xürrәmi” adının mәnşәyi barәdә ehtimallardan (far.“xürrәm” – şad, sevincli; pәhlәvicә “xur” – od, günәş; Mәzdәkin ögey qızı Xürrәmәnin adından; Ərdәbil yaxınlığındakı Xürrәm k.-nin adından) heç biri indiyәdәk elmi әsasını tapmamışdır. Bir sıra orta әsr mәnbәyindә bu adın “Hürrәmi” kimi göstәrilmәsinә әsaslanan son tәdqiqatlarda adın әrәbcә “hürr” – azad kökündәn qaynaqlandığı fikri irәli sürülür.
    Orta әsr mәnbәlәrindәki çoxsaylı faktlara әsasәn X. islam dininin müasir mәzhәb çilik anlamından fәrqlәnәn klassik isnaәşәriyyә әqidәsini paylaşmış, islamın hәmin dövrkü rәsmi ehkamçı modelinә qarşı dayanan vә geniş xalq kütlәlәri içindә yayılan tәsәvvüf yönümlü klassik islam modelini tәmsil etmişdir. Bir tәrәfdәn Abbasilәr sülalәsinin xalqa fiziki zülmü, digәr tәrәfdәn isә onun islam dövlәtçiliyi adı altında fars dövlәtçilik әnәnәlәrini dirçәlmәsi, yәhudi vә xristianlarla әmәkdaşlığı, islamın tәmәl prinsiplәrinә zidd olan mötәzilә ehkamlarını zorla qәbul etdirmәsi, Qafqazda kilsә xadimlәrini dәstәklәmәsi xalq kütlәlәrinin hәm dini, hәm dә etnik zәmindә etirazlarına, X. әqidәsi әtrafında sıx birlәşmәlәrinә sәbәb olmuşdur. X.-dә xilafәt institutunun lәğvi, sosial bәrabәrlik, maddi nemәtlәrin bәrabәr bölüşdürülmәsi ideyaları irәli sürüldüyündәn, onun sosial bazasını, әsasәn, әhalinin aşağı tәbәqәsi tәşkil edirdi.
    Saray tarixnәvislәrinin (sonrakı әsrlәrdә ismaililәrlә mübarizә aparan Nizamülmülk dә daxil olmaqla) xürrәmilәri (hәmçinin X.-dәn sonra batini әqidәni davam etdirәn hürufilik, ismaililik qızılbaşlıq ardıcıllarını) dinsiz vә anarxistlәr kimi tәqdim etmәlәri güclü ideoloji bazaya malik X.-in dövlәt vә onun maraqlarını müdafiә edәn ortodoks din üçün tәhdid olması ilә bağlı idi. X. bir sıra mәnbәdә “xürrәmdiniyyә” (xürrәm dininә mәnsub olanlar) adlandırılaraq, ayrıca din kimi dә sәciyyәlәndirilmişdir.
    Digәr batini axınlar, o cümlәdәn hazırda mövcud olan әlәvilik kimi X. üçün dә “rәsmi” şәriәtdәn imtina (ibadәtә özünәmәxsus yanaşma, mәclislәrdә kişilәrlә qadın ların birgә iştirakı, sufiyanә musiqi mәclislәrinin tәşkili vә s.) sәciyyәvidir. Tarixәn türk düşüncә tәrzi üçün әnәnәvi olan vә X.-dә qabarıq әksini tapan hürriyyәtpәrvәrlik, qadın azadlığı mәsәlәlәri әrәb zehniyyәti vә hakim şәriәt normaları ilә uzlaşmadığından saray sifarişi ilә yazılmış tarixi mәnbәlәrdә xürrәmilәri gözdәn salmaq mәqsәdilә onlara әxlaqsızlıq damğası vurulmuşdur.
    X. etiqadının әsasını sufi dünyagörüşünün mehvәri olan Allahın insanda tәcәlla etmәsi, ilahi nurun ötürülmәsi, Mehdi zühuru, ricәt (imamın qayıdışı) tәşkil edirdi. İbn әn-Nәdimin Babәkin әqidәsi barәdә qeydlәri Babәkin hәlә Mәnsur Hәllacdan әvvәl “әnәlhәq” ideyasına sahib olmasını göstәrir. Babәkin Allahı insan surәtindә görmәsi barәdә M.Şәhristaninin qeydi isә hәlә hürufilәrdәn xeyli әvvәl bu ideyanın X.-dә formalaşdığının sübutudur. Batini tәriqәtlәrә şamil olunan tәnasüx (metempsixoz) ideyası X.-ә dә aid edilmişdir. Fәzlullah ibn Ruzbәhanın Şeyx Heydәrin Babәk ideyalarını tәbliğ etmәsi barәdә qeydi vә digәr faktlar (etiqadın tәmәl prinsiplәrinin eyniliyi, hәmçinin qırmızı rәng simvolu vә s.) göstәrir ki, X. müxtәlif dövrlәrdә müxtәlif adlarla çıxış etmiş batini tәriqәtlәr zәncirinin bir halqası olaraq, qızıl başlığın ideya әsasını tәşkil etmişdir.
    Əd.: B a y r a m l ı C. Tәhrif edilmiş tarix: Babәk vә hürrәmilәr olduğu kimi. B., 2014.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 