XÜRRƏMŞƏHR (خرمشه ر ), X u n i n ş ә h r – İranın c.-q.-indә Xuzistan ostanında şәhәr. Əh. 133,1 min (2016). Şәtt-ül-Ərәb çayı sahilindә port. D.y. st.
Mühәmmirә ş.-nin (indiki X.) әsası 1812 ildә Hәfәr kanalının yaxınlığında әslәn Bәnu Kәәb әrәb tayfasından olan şeyx Yusif
әl-Kәәbi tәrәfindәn qoyulmuşdur. Onun nәslinin nümayәndәlәri 1925 ilәdәk bu şәhәri muxtar hakimlәr kimi idarә etmişlәr (bax Xuzistan әrәblәri). Birinci dünya müharibәsinin sonunda türklәr tәrәfindәn tutulmuşdu. 1917 ildә türk kontingenti Mühәmmirәni tәrk etdikdәn sonra bir neçә il әrzindә yenidәn faktiki olaraq müstәqil şәhәr-hakimlik idi. 1925 ildә Rza şah Pәhlәvi şәhәri X. adlandırmışdır. İraq-İran müharibәsi (1980–88) zamanı 1980 ilin oktyabrında X. İraq әsgәrlәri tәrәfindәn әlә keçirilmişdi. 1982 ilin may ayında İran ordusu X.-i azad etmişdir.
Ölkәnin mühüm portlarından biridir. K.t. (әsasәn, bağçılıq), gön-dәri, neft emalı sәnayesi, gәmiqayırma, dәniz ticarәti inkişaf etmişdir. X. portunun yük dövriyyәsi gündә tәqr. 4–5 t tәşkil edir.










