XÜSUSİ ELEKTRİKKEÇİRİCİLİK (s) – uzunluğu vә en kәsiyinin sahәsi vahid olan silindrik naqilin elektrikkeçiriciliyinә bәrabәr fiziki kәmiyyәt. X.e. xüsusi müqavimәtin (ρ) tәrs qiymәtinә bәrabәrdir vә s = 1/ρ ilә tәyin olunur. Aşağıdakı vahidlәrlә ölçülür: Sm/m vә ya Sm/sm. Sm (simens) Om–1 -ә bәrabәr olduğundan Om–1 m–1 vә ya Om–1 sm–1 dә yazmaq olar.










