XÜSUSİ HƏCM (maddәnin) – maddәnin vahid kütlәsinin tutduğu hәcm. X.h. (υ) sıxlığın (ρ) tәrs qiymәtinә bәrabәr olan kәmiyyәtdir: υ = 1/ρ. Bircins maddә üçün υ = V/m, burada V – maddәnin hәcmi, m – onun kütlәsidir. X.h. aşağıdakı vahidlәrlә ölçülür: Sİ-dә 1 m3/kq, SQS-dә 1 sm3/q; 1 m3/kq = 10 3sm3/q.










