XÜSUSİ QƏRAR, h ü q u q d a – mәhkәmәnin hazırlıq iclasının nәticәlәrinә dair mәhkәmә cinayәt işinin vә ya mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının baxılmasına xitam verilmәsi vә onun ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması haqqında qәrarla, habelә cinayәt işi vә ya mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materialları üzrә icraata xitam verilmәsi haqqında qәrarla yanaşı, mәhkәmәyәdәk icraat zamanı Cinayәt-prosessual mәcәllәnin tәlәblәrinin kobud surәtdә pozulmasına yol vermiş şәxslәr barәsindә çıxarılan qәrar. Mәhkәmәnin X.q.-ında onun hansı cinayәt işi vә ya mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materialları üzrә vә kim tәrәfindәn çıxarıldığı qeyd edilmәli, işin mahiyyәti, hansı pozuntuya vә kim tәrәfindәn yol verildiyi әtraflı göstәrilmәlidir. Müstәntiq, tәhqiqatçı vә tәhqiqat orqanının әmәkdaşı barәsindә X.q. tabeliyindәn asılı olaraq müvafiq mәrkәzi icra hakimiyyәti orqanının rәhbәrinә, ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokuror vә prokurorluğun müstәntiqi barәsindә X.q. Baş prokurora göndәrilmәlidir. Mәhkәmә qәrarının ünvanlandığı vәzifәli şәxslәr hәmin qәrar daxil olduqdan sonra 30 (otuz) gündәn gec olmayan müddәtdә qanunvericiliyә müvafiq kobud pozuntulara yol vermiş şәxslәrin mәsuliyyәti mәsәlәsini hәll etmәli, görülmüş tәdbirlәr barәdә mәhkәmәyә mәlumat vermәlidirlәr.










