Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİ
    XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİ (XMOTƏ) – rәsmәn tәsәrrüfat dövriyyәsindәn tamamilә vә ya qismәn, daimi, yaxud müvәqqәti çıxarılmış, xüsusi mühafizә rejiminә, xüsusi ekoloji, elmi, mәdәni, estetik vә sağlamlaşdırma әhәmiyyәtli tәbiәt komplekslәrinә vә obyektlәrinә malik, nadir vә nәsli kәsilmәk tәhlükәsi qarşısında olan bitki vә heyvan növlәrinin yayıldığı yerlәrdәn ibarәt torpaq, su (akvatoriya) sahәlәri vә onların üzәrindәki atmosfer mәkanı. Müxtәlif beynәlxalq sazişlәrlә, o cümlәdәn Su-bataqlıq yerlәri haqqında Ramsar konvensiyası (1971), Ümumdünya mәdәniyyәt vә tәbiәt irsinә aid obyektlәrin mühafizәsi haqqında konvensiya (1972), Sәhralaşma ilә mübarizәyә dair konvensiya (1994), BMT-nin Minillik bәyannamәsi (2000), Yohannesburq sammitinin tövsiyәlәrilә (2002) ümumdünya XMOTƏ şәbәkәsinin inkişafı nәzәrdә tutulmuşdur. Eyni zamanda, mühafizә olunan tәbiәt әrazilәri şәbәkәsi müxtәlif ölkәlәrdә fәrqlidir; milli XMOTƏ üçün ayrı-ayrı adlar vә terminlәr yaradılmışdır. Bәzәn eyni cür adlandırılan XMOTƏ müxtәlif vәzifәlәrә vә mühafizә rejimlәrinә malik olur. Mәs., ABŞ-ın şimalındakı milli parklar nәhәng tәbiәt ekosistemlәrindәn, vәhşi tәbiәt massivlәrindәn ibarәtdir vә onun әsas әrazilәrindә insan müdaxilәsinә yol verilmir (hәtta tәbii yanğınlar söndürülmür), Qәrbi Avropanın bir çox ölkәsindә isә bu cür әrazilәr әnәnәvi tәsәrrüfat fәaliyyәti növlәrinә (mәs., davarın otarılması) malik mәdәni landşaftlardan ibarәtdir.
    Şahdağ Milli Parkı.
    Ümumdünya tәbiәti mühafizә ittifaqının (Beynәlxalq tәbiәti mühafizә ittifaqı, BTMİ, 1994) hamı tәrәfindәn qәbul olunmuş sisteminә görә XMOTƏ-nin müxtәlif vәzifәlәri vә mәqsәdlәri olan 6 kateqoriyası var: ciddi tәbiәt rezervatı (toxunulmamış tәbiәt sahәsi); mühafizә olunan, әsasәn, vәhşi tәbiәtin saxlanması vә elmi mәqsәdlәr üçün idarә edilәn әrazi; milli park; tәbiәt abidәsi (tәbiәtin görmәli yerlәrinin mühafizәsi); fәal idarәetmә ilә orqanizmlәrin yaşayış yeri vә növlәrinin saxlandığı yasaqlıq; mühafizә olunan, insanların istirahәt yerlәri kimi istifadә oluna bilәn landşaftlar (yaxud akvatoriyalar); idarәedilәn resurslara malik mühafizә olunan әrazilәr (ekosistemin әsirgәn liklә istifadә edilmәsini nәzәrdә tutur).
    Dünyada ilk mühafizә olunan tәbiәt obyekti – Yellouston milli parkı ABŞ-da 1872 ildә “insanların istirahәti vә hәzz alması üçün ictimai park vә ya әrazi” kimi yaradılmışdır. XMOTƏ hәr ölkәnin vә bütövlükdә dünyanın canlı tәbiәtini qoruyub saxlayır, bioloji müxtәlifliyi mühafizә edir, hәyatı tәmin edәn sistemlәrin (su, atmosfer) saxlanmasına vә bәrpa edilmәsinә yardım göstәrir, canlı tәbiәtin genofondunun saxlanc yeridir. Bir çox XMOTƏ ekoloji monitorinqlәr üçün baza kimi xidmәt göstәrir; onlar elmin inkişafına, ekoloji maariflәnmәyә, tarixi-mәdәni irsin qorunub saxlanmasına mühüm töhfәlәr verir, insan cәmiyyәtinin tәbiәtlә harmoniyada inkişafının modellәrini yaradır. Turizmin inkişafına kömәk göstәrәn XMOTƏ yerli büdcәyә vәsaitlәr cәlb edir, insanların canlı tәbiәtlә ünsiyyәtini tәmin edir.
    1962 ildәn başlayaraq BTMİ 10 ildәn bir mühafizә olunan әrazilәr üzrә Ümumdünya konqreslәri keçirir. 2008 ilәdәk dünyada 120 mindәn çox XMOTƏ yaradılmışdır. Onların dünya üzrә ümumi sah. 18.8 mln. km2-dir (Yerin quru hissәsinin 12.65%-i, dәniz akvatoriyasının 5.7%-i). Milli parkların ümumi sahәsi isә 4.4 mln. km2-dir (Yer sәthinin tәqr. 3%-i).
    “Xüsusi mühafizә olunan tәbiәt әrazilәri vә obyektlәri haqqında” Azәrb. Resp.-nın qanununa (2000) görә, XMOTƏ Azәrb.  Resp.-nın milli sәrvәtidir vә xüsusi ekoloji, elmi, mәdәni, estetik dәyәrә malikdir. Ölkә әrazisindә mәqsәdindәn, mühafizә rejimindәn vә istifadә xüsusiyyәtlәrindәn asılı olaraq XMOTƏ aşağıdakı növlәrә ayrılır: dövlәt tәbiәt qoruqları, o cümlәdәn biosfer qoruqları; milli parklar; tәbiәt parkları; ekoloji parklar; dövlәt tәbiәt yasaqlıqları; tәbiәt abidәlәri; zooloji parklar; nәbatat bağları vә dendroloji parklar; müalicә-sağlamlaşdırma yerlәri vә kurortlar. Azәrb. Resp.-nın qanunvericiliyi ilә XMOTƏ-nin digәr növlәri nәzәrdә tutula bilәr. 2018 ilәdәk Azәrb. Resp.-nda 10 milli park (Şirvan, Hirkan, Altıağac, Ağgöl, Abşeron, Şahdağ, Göygöl,  Samur-Yalama, Qızılağac, Ak. H.Əliyev adına Zәngәzur Milli Parkı), 11 dövlәt tәbiәt qoruğu (Qızılağac, Zaqatala, Türyançay, Şirvan, Bәsitçay, Qarayazı, İlisu, Qaragöl, Eldar şamı, Palçıq vulkanları, Kor çay) vә 24 dövlәt tәbiәt yasaqlığı (Laçın, Korçay, Bәndovan, Şәki, Qusar, Qarayazı, Şәmkir, Gil adası, Bәrdә, Zuvand, Ordubad, Qubadlı, İsmayıllı, Daşaltı, Qızılağac, Qızılca, Qәbәlә, Arazboyu, Qax, Hirkan, Zaqatala, Arpaçay, Rvarud) yaradılmışıdır. Ölkәdә mühafizә olunan әrazilәrin ümumi sah. 892855.55 ha-dır (ölkә әrazisinin 10.3%-i).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 