XÜSUSİ TƏHSİL – sağlamlıq imkanları mәhdud şәxslәrә zәruri bilik, bacarıq vә vәrdişlәr aşılamaqla onların cәmiyyәtә uyğunlaşmasını, әmәk fәaliyyәtinә vә ailә hәyatına hazırlanmasını tәmin edәn tәhsil forması. X.t. müәyyәn edilmiş formalarda xüsusi tәhsil müәssisәlәri vә bölmәlәrindә, xüsusi şәrait yaradılan ümumi tәyinatlı tәhsil müәssisәlәrindә hәyata keçirilir. Azәrb.-da X.t. “Sağlamlıq imkanları mәhdud şәxslәrin tәhsili (xüsusi tәhsil) haqqında” qanunla (5 iyun 2001) tәnzimlәnir. X.t. müәssisәlәri tam dövlәt tәminatındadır. “Sağlamlıq imkanları mәhdud şәxslәrin peşә-ixtisas tәhsili müәssisәlәrinә qәbul Qaydaları” (29 aprel 2002) vә “Sağlamlıq imkanları mәhdud şәxslәrin pulsuz xüsusi tәhsil almaq Qaydaları” (29 may 2002) müәyyәn edilmişdir. 2005 ildәn Azәrb.-da inkluziv tәhsil layihәlәri hәyata keçirilir.










