XYARQAS ÇÖKƏKLİYİ – Monqolustanın şm.-q.-indә erozion-tektonik enmә. Böyük Göllәr Çuxurunun mәrkәzi hissәsindәdir. Şm.-dan Xan-Xuxiyn-Ula silsilәsi, ş.-dәn Xanqay yaylasının qolları, c.-dan vә q.-dәn Monqol Altayı dağ sistemi ilә әhatәlәnir. Hünd. 1028 m-dәn (Xyarqas-Nuur gölünün sәviyyәsi) 1500 m-әdәk (X.ç.-nin kәnarlarında). Xırdatәpәliklәr, ayrı-ayrı tәpәlәr vә tirәlәr (hünd. 1551 m-ә dәk); qum massivlәri var. Bitki örtüyündә kserofit yarımkolluqlar vә şoran otlar üstünlük tәşkil edir. Köçürmә heyvandarlıq inkişaf etmişdir.

Xvarqas-Nuur gölü.










