XYARQAS-NUUR – Monqolustanın şm.-q.-indә, Xyarqas çökәkliyindә (Böyük Göllәr Çuxurunun orta hissәsi) axarsız şor göl. Xovd vә Zavxan çaylarından qidalanan Xar-Us-Nuur, Durgen-Nuur, Xar-Nuur, Ayraq-Nuur göllәr sistemindә sonuncu göl. 1028 m yüksәklikdәdir. Ayraq-Nuur gölünә axarı var. Sah. 1360 km2. Maks. Dәrinliyi 80 m. Suyunun minerallaşma dәrәcәsi 7,5 q/l-ә qәdәrdir. Noyabrdan aprelәdәk donmuş olur. Sahillәri alçaq, sәhralıqdır, bәzi yerlәrdә çәmәnliklәr, hünd. 100 m-ә çatan terraslar var. Balıqla zәngindir.










