XYÖLEN, K y ö l e n (Kjölen) – İsveç vә Norveç әrazilәrindә yayla; Skandinaviya d-rının şm. hissәsindәdir. Tronxeymsfyrddan şm.-ş. istiqamәtindә tәqr. 600 km mәsafәdә uzanır. Hünd. 2123 m-әdәk. Əsasәn qneys, qranit, kristallik şistlәrdәn ibarәtdir; sәthi kәskin parçalanmışdır. Buzlaq relyef formaları, göllәr, kiçik buzlaqlar sәciyyәvidir. Dağ-tayqa, dağ-tundra bitkilәri yayılmışdır. İsveç әrazisindә Abisku, Stura-Şöfallet, Sarek, Raqu milli parkları var.

Xyölen. Raqu Milli Parkı.










