I – müasir Azәrb. әlifbasının on üçüncü hәrfi. Azәrb. әdәbi dilindә bu hәrflә ifadә olunan qalın, dodaqlanmayan, qapalı saitin işarәsi. Ərәb qrafikalı Azәrb. әlifbasında “ye” ( ى) şәklindә, Kirill qrafikalı Azәrb. әlifbasında isә “Ы” (böyük, çap şәkli; yazı şәkli – ) vә “ы” (kiçik, çap şәkli; yazı şәkli – ) kimi yazılmışdır. Latın qrafikalı müasir Azәrb. әlifbasında yazılış şәkli belәdir: böyük – I (çap), (әlyazma); kiçik – ı (çap), (әlyazma). Azәrb. dilindә “ı” sәsi sözün әvvәlindә işlәnilmir (bәzi istisnalar olmaqla; mәs., Kim Çen In), sözün ortasında (çadır, qızıl) vә sonunda (çalğı, ilxı) gәlir.
Əd.: Q u r b a n o v A. Müasir Azәrbaycan әdәbi dili. 2 cilddә, c.–1, B., 2003; D ә m i r ç i z a d ә Ə. Müasir Azәrbaycan dili. Fonetika, orfoepiya, orfoqrafiya. B., 2007.










