Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    IMIYAXTAX MƏDƏNİYYƏTİ
    IMIYAXTAX MƏDƏNİYYƏTİ – әsasәn Son Neolit dövrünә (e.ә. 3–2-ci minillik) aid, Yakutiya әrazisindәn Taymır vә Çukot yarımadaları, hәmçinin Baykalarxasının şm.-ı vә Baykalәtrafınadәk yayılmış arxeoloji mәdәniyyәt. Yaşayış evlәri dәrilәrlә örtülmüş çumlar, yaxud tozağacı qabığı ilә örtülәn, alt tәrәfdәn daşlarla bәrkidilәn yerüstü karkas tikililәr kimi tәsәvvür edilir. Çox vaxt zәngin dәfn avadanlığı olan torpaq qәbirlәrdә (bәzәn tavadaşılarla örtülmüş daş qutular) meyitlәr arxası üstә uzadılmış, başı, әsasәn, çayın yuxarı axarına doğru yönәldilәrәk dәfn olunurdu. “Damadama”, yaxud “çapıq” izlәri, çarpaz cızılmış xәtlәr, ziqzaqlar, üçbucaqlar, yuxarı hissәsindә dәliklәrdәn ibarәt zolağıolan dairәvi oturacaqlı keramika sәciyyәvidir; gilin tәrkibinә mineral әlavәlәrdәn başqa, heyvan yunu, ot, iynә yarpaq qatılırdı. Daşdan ox vә nizә ucluqları (uzadılmış üçbucaqlı, yastı saplaqlı ox ucluqları sәciyyәvidir), qaşovlar, kәsәrlәr, dişlәr, bıçaqlar, bülov daşları, baltalar, kәrkilәr vә s.; sümükdәn (daşdan olduğu kimi) üçpәrli vә dörd pәrli ox ucluqları (o cümlәdәn saplaqlı) vә s. hazırlayırdılar. Nefritdәn düzәldilmiş üzüklәr, sümükdәn zireh vә qalxan lövhәlәri, I.m.-nin sonlarında isә gәtirilmә tunc vә mis әşyalar mәlumdur. Qayaüstü rәsmlәrdә (qırmızı oxra ilә), әsasәn, insan tәsvir olunurdu. Tәsәrrüfatın әsasını dırnaqlı heyvanların ovu tәşkil edirdi, balıqçılığın rolu da artmaqda idi.
    Imıyaxtax mәdәniyyәti. Saxsı qab. Şimal-Şәrqi federal
    universiteti Ali mәktәbinin arxeologiya, etnoqrafiya
    vә tarix muzeyi (Yakutsk ş.)
     
    I.m. Orta Lena hövzәsindә xüsusilә Baykalarxasından gәtirilmә әnәnәlәr әsasında formalaşmışdır; şm.-ş.-dә Ust-Belaya, qәdim koryak, Şimali Çukot vә s. qәdim mәdәniyyәtlәrin tәşәkkülündә iştirak etmişdir; q.-dә bu mәdәniyyәtin daşıyıcılarının irәlilәmәsi Bolşezemelskaya tundrasına çatırdı. Yakutiyanın şm. әrazilәrindә I.m.-nin tәcrid olunmuş elementlәri orta әsrlәrәdәk saxlanılırdı. Bәzi tәdqiqatçılar I.m.-ni yukagirlәrin әcdadları ilә әlaqәlәndirir, digәrlәri isә onu polietnik (o cümlәdәn çukçaların, koryakların, eskimosların әcdadlarının mәdәniyyәtlәrinin kom-ponentlәri) hesab edirlәr. Antropologiyanın mәlumatlarına görә, onun daşıyıcılarının substratı yakutlarda izlәnilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 