İ – müasir Azәrb. әlifbasının on dördüncü hәrfi. Azәrb. әdәbi dilindә bu hәrflә ifadә olunan incә, dodaqlanmayan, qapalı saitin işarәsi. Ərәb qrafikalı Azәrb. әlifbasında “әlif” ( ا), “eyn” ( ع), “ye” ( ى) şәklindә, Kirill qrafikalı Azәrb. әlifbasında isә “И” (böyük, çap şәkli; yazı şәkli –
) vә “и” (kiçik, çap şәkli; yazı şәkli –
) kimi yazılmışdır. Latın qrafikalı müasir Azәrb. әlifbasında yazılış şәkli belәdir: böyük – İ (çap),
(әlyazma); kiçik – i (çap),
(әlyazma). Azәrb. dilindә “i” sәsi sözün әvvәlindә (il, işçi, ipәk), ortasında (dil, bilәk, sәnsiz) vә sonunda (diri, çәki) işlәnilir.
Əd.: Q u r b a n o v A. Müasir Azәrbaycan әdәbidili. 2 cilddә, c.–1, B., 2003; D ә m i r ç i z a d ә Ə. Müasir Azәrbaycan dili. Fonetika, orfoepiya, orfoqrafiya. B., 2007.










