İBADULLAYEV Faiq Yunis oğlu (d.28. 2.1955, Naxçıvan) – mühәndis sistemlәri sahәsindә Azәrb. alimi, texnika e.d. (2006), prof. (2010). Azәrb. İnşaat Mühәn dislәri İn-tunu bitirmişdir (1977). “Bakı Baş Tikinti” birliyindә (1977 ildәn) işlәmiş, “VodGeo” Ümumittifaq ETİ-nin Bakı filialında (1984–98) baş elmi işçi vәzifәsindә çalışmışdır. 1998 ildәn AMİU-da pedaqoji fәaliyyәt göstәrir. Tәdqiqatları su vә kanalizasiya sistemlәrinin yenidәn qurulması, çirkli su tәmizlәyici qurğular komplekslәrinin tikilib istismara verilmәsi sahәsindәdir. 130-dan çox elmi әsәrin, o cümlәdәn monoqrafiyanın müәllifidir. Beynәlxalq konfranslarda mәruzә ilә çıxış etmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var.










