İBAGÈ (Ibagué) – Kolumbiyanın q.-indә şәhәr; Tolima dep-tinin inz.m. Əh. 541 min (2020). Mәrkәzi Kordilyer d-rının ş. yamacında, 1225–1285 m yüksәklikdә, Maqdalena vә Kauka çay dәrәlәri arasında, Boqota – Kali nәql. yolunun üzәrindәdir. Perales aeroportu.
Əsası 1550 ildә ispan kapitanı A. Lopes de Qalarsa tәrәfindәn San-Bonifasio-deİbage adı ilә hindi kәndinin yerindә qoyulmuşdur. Hindilәrin fasilәsiz hücumları sәbәbindәn 1551 ildә hazırda yerlәşdiyi әraziyә köçürülmüşdür. 1854 ildә Kolumbiyanın müvәqqәti paytaxtı olmuşdur. 1890-cı illәrdәn qәhvәnin becәrilmәsi, emalı vә ticarәti mәrkәzi kimi sürәtlә inkişaf etmişdir. 1900 ildә yepiskopluq (1975 ildәn arxiyepiskopluq) tәsis edilmişdir. 1905 ildәn Tolima dep-tinin mәrkәzidir.
Müq. Rok fransiskçi kilsәsi (1924), böyük kilsә (1926). Tolima (1945; 1954 ildәn indiki statusu ilә) vә İbage (1980; nәzdindә Musiqi alәtlәri muzeyi) un-tlәri; Rәssamlıq muzeyi; Tolima teatrı, Tolima konservatoriyası (1906, ölkәnin mühüm musiqi mәktәblәrindәn biri) fәaliyyәt göstәrir. Kolumbiyanın “musiqi paytaxtı” olan
İ.-dә hәr il folklor festivalı (1959 ildәn) keçirilir. Kolumbiya musiqi fondu (1985). Kolumbiya Respublikası Bankının zәrbxanası.

İbage şәhәrindәn görünüş.
İ. ölkәnin moda industriyası, parça vә geyim istehsalı üzrә 3-cü (Boqota vә Medeliyinadan sonra; әsasәn, ixracyönlü) mәrkәzidir. Yeyinti sәnayesi müәssisәlәri (çәltik,qәhvә, tütün emalı, un, şәkәr vә s. istehsalı) fәaliyyәt göstәrir. Tolima dep-tin dә işsizlik sәviyyәsinin (21 әsrin әvvәllәrindә tәqr. 20%) әn yüksәk olduğu şә hәrlәrdәn biridir.
Yaxınlığında La-Martinika park-muzeyi (sah.50 ha-dan çoxdur; ekoloji turizm, ekstremal idman növlәri) yerlәşir.










