İBANAQLAR (özlәrini “çay adamları” adlandırırlar), k a q a y a n l a r – Filippindә xalq. Sayları tәqr. 400 min nәfәrdir. Avstroneziya dil ailәsinin Qәrbi Avstroneziya qrupuna aid ibanaq dilindә danışırlar. Dialektlәri: ibanaq, qәrbi aqta, itaues. Dindarları xristiandır, әnәnәvi inanclarının qalıqlarını saxlayırlar.
Kaqayan çayının orta axarındakı әrazilәrdәn köçmüşlәr. İlokların vә Lusonun düzәnliklәrindә yaşayan digәr xalqların tәsirinә mәruz qalmışlar. Əsas mәşğuliyyәtlәri suvarma әkinçiliyidir (çәltik, abaka, şirin kartof kamotes, tәrәvәzlәr). Toxuculuq, dulusçuluq vә hörmә inkişaf etmişdir. Ümum filippin maddi mәdәniyyәtinә malikdirlәr. Nikahları bilokal vә ya neolokaldır. Kişilәr vә qadınlar uzun saç saxlayır, hәmayil, bәzәk әşyaları taxırdılar. Ənәnәvi әsatirlәrini, bayramlarını, adәt vә folklorlarını qoruyub saxlayırlar.










