Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBANLAR
    İBANLAR, d ә n i z d a y a k l a r ı – Şәrqi Malayziyada (Saravak ştatı), İndoneziyada vә Bruneydә (Kalimantanın q.-indә) dayaklar qrupundan xalq. Sayları tәqr. 550 min nәfәrdir (2010), onlardan 530 min nәfәri Saravakda yaşayır. İban dilindә danışırlar. Yazıları latın qrafikası әsasındadır. İ.-ın böyük qismi xristiandır, digәrlәri әnәnәvi inanclarını saxlayırlar.
    İ. özlәrini Kapuas çayının yuxarı axarındakı әrazidәn gәlmә hesab edirlәr. İ.-ın şm.-a ekspansiyası yerli dayak әhalisinin qırılması vә assimilyasiyası ilә müşayiәt olunurdu. 19 әsrin ortalarında İ. adada әn tәhlükәli düşmәn başlarının ovçuları hesab edilirdilәr; bәzi qruplar quldurluqla mәşğul olurdular (dәniz dayakları adı buradandır). 20 әsrin ortalarında İ.-ın әnәnәvi mәdәniyyәtlәrindәn kütlәvi şәkildә uzaqlaşması vә xristianlığı qәbul etmәsi prosesi baş verdi. Hazırda Bruneyin neft mәdәnlәrindә, tütün tarlalarında vә s. mövsümi işlәrdә çalışır, şәhәrlәrә köçürlәr. Saravakda etnik proseslәrә böyük tәsir göstәrәn milli ziyalılar formalaşmışdır.
    Ənәnәvi tәsәrrüfatın әsasını talalarda toxa әkinçiliyi, әsasәn, quru dәrәlәrdә çәltikçilik tәşkil edir. Çay balıqçılığı, hәmçinin dәmirçilik, toxuculuq, ağac emalı, o cümlәdәn qayıq vә gәmilәrin düzәldilmәsi inkişaf etmişdir. Ənәnәvi yaşayış mәskәni açıq ümumi eyvanı olan dirәküstü uzun evdir (300 m-ә qәdәr). Divarları vә damı palma yarpaqlarındandır. Evdә 3 nәsli әhatә edәn 10-dan çox böyük ailә (bilek) yaşayır. Bir neçә qohum bilek endoqam birliklәr yaradır, onların arasında müharibә vә düşmәn başlarının ovu qadağan edilir. Filiasiya bilateral, nikahları bilokaldır. Ənәnәvi geyimlәri qadınlarda rotanqdan korsetlәr, kişilәrdә Avropa vә Malayziya geyimlәrinin sıxışdırıb aradan çıxarıldığı bel sarğısıdır; kişilәr vә qadınlar bәzәk әşyaları –bilәrziklәr vә s. taxırlar. Ənәnәvi yemәklәrin әsasını düyü, balıq tәşkil edir. Mifologiyaları zәngindir. Panteonun başçısı tәcәssümü kәrgәdan-quş olan sәma demiurqu Senqalanq Buronqdur. Düyü ayini, şamanizm, quş uçuşuna görә falabaxma, 20 әsrin ortalarınadәk düşmәn başlarının ovu vә insan qurbanları yayılmışdı. Əsas әnәnәvi bayramları düşmәn başları bayramı (qavey kenyalanq), ölülәr bayramı (qavey antu), hәdiyyәlәrin qarşılıqlı bağışlanması vә s.-dir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 