Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBÁNYES DEL KÁMPO
    İBÁNYES DEL KÁMPO (Ibáñez del Campo) Karlos (3.11.1877, Linares –28.4.1960, Santyaqo) – Çilinin dövlәt vә hәrbi xadimi, briqada generalı. Santyaqoda hәrbi akademiyanı bitirmişdir (1916). 1925–27 illәrdә mühafizәkar E.Figeroa Larren hökumәtindә birsıra mühüm vәzifәlәr tutmuş, ölkәnin vitse-prezidenti olmuşdur. 1927 il mayın 10-da Larreni hәrbi qiyam tәhlükәsi ilә hәdәlәyәrәk istefaya çıxmağa mәcbur etmiş, mayın 22-dә prezident seçilmişdir. Avtoritar rejim qurmuş, ölkә iqtisadiyyatında xarici kapitalın (xüsusilә ABŞ-ın) mövqelәrini möhkәmlәndirmiş, şora hasilatı vә emalı müәssisәlәrini amerikan monopoliyalarının nәzarәtinә vermişdi. 1931 ilin iyulunda arası kәsilmәyәn xalq çıxışları (iqtisadi vәziyyәtin kәskin pislәşmәsinә görә) şәraitindә vәzifәsindәn ayrılmış vә Argentinaya mühacirәt etmişdir. 1937 ildә Çiliyә qayıtmış, ifrat sağçı qüvvәlәrin dәstәyi ilә 1938 vә 1939 illәrdә radikal demokratik dәyişikliklәr planlaşdıran Xalq cәbhәsi hökumәtini devirmәk üçün uğursuz cәhdlәr etmişdir. 1942 ildә prezident seçkilәrindә mәğlubiyyәtә uğramışdır. 1949–52 illәrdә senator olmuşdur. 1952 ildә sağ mәrkәzçi Aqrarfәhlә partiyasından prezident seçildikdәn sonra diktator idarә üsulundan imtina etmişdir. Milli sәnayenin inkişafını dәstәklәmiş, inflyasiya ilә mübarizәyә yönәldilәn bir sıra sәrt tәdbir görmüş, Çilinin beynәlxalq iqtisadi әlaqәlәrinin genişlәnmәsinә çalışmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 