Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBAZİLƏR
    İBAZİLƏR, ә b a z i l ә r (الاباضيته ) – xaricilәrin әn mötәdil qolu. İ.-in adı 684 ildә Əmәvilәrә qarşı üsyan etmәkdәn çәkinmiş Abdullah ibn İbazla bağlıdır. Onun Əmәvilәrә qarşı mötәdil siyasәti Cabir ibn Zeyd tәrәfindәn davam etdirilmişdir. 8 әsrin әvvәllәrindә İ. Bәsrәdә siyasi arenada fәallaşmışdılar; bir müddәt sonra başda Cabir ibn Zeyd olmaqla ibazi rәhbәrlәrinin әksәriyyәti Omana sürgünә göndәrilsә dә, Bәsrә bütün İ.-in mәnәvi mәrkәzi qismindә qalmaqda idi. İ.-in yeni rәhbәri “ümumdünya ibazi imamәti”ni yaratmaq istәyәn Əbu Übeydә olmuşdur. O, ümumibazi üsyanının hazırlanması üçün öz emissarlarını bütün müsәlman bölgәlәrinә yolladı. Nәticәdә, bir neçә ildәn sonra Xilafәtin müxtәlif yerlәrindә ibazi qiyamları başladı. 8 әsrin 40-cı illәrinin sonlarında İ. Hәzramautu, Sәnanı, hәmçinin müvәqqәti olaraq Mәkkә vә Mәdinәni әlә keçirdilәr. 9 әsrin sonlarınadәk İ. Omanda müstәqil idilәr. Sonralar yenidәn abbasi istilası başlasa da, 11 әsrin әvvәllәrindәn Abbasilәr Omanda hakimiyyәti itirdilәr.
    Şәrqi Afrikada, İranda, İraqda da tәbliğat aparan İ. әn böyük siyasi uğuru Şimali Afrikada qazandılar; 8 әsrin әsrin әvvәllәrindә Bәsrәdәn qovulan ibazi emissarları Qәyrәvanda hakimiyyәti әlә keçirdi, 8 әsrin ortalarından ibazi imamәti bütün Qәrbi Livana yayıldı. 761 ildә Abbasilәr tәrәfindәn mәğlub edilsәlәr dә, uzun müddәt onlara qarşı mübarizәni davam etdirdilәr. 8 әsrin 70-ci illәrindә İ. Tahәrtdә Rüstәmilәr [777–909] dövlәtini qurdular. Bәsrәnin vә bütün Şәrqin ibazi icması Rüstәmilәrin ali hakimiyyәtini qәbul etdi. Əğlәbilәr Fatimilәrin qәlәbәsilә ibazi imamәti dağıldı.
    İ.-in әsas dini-siyasi doktrinası imamәt haqqında tәlimdir. Onlar müsәlman dünyasının müxtәlif yerlәrindә bir neçә imamın (hökmdarın) eyni zamanda mövcudluğunu mümkün hesab edirdilәr. İmam şeyxlәrin gizli şurasında seçilir, qәrar hamıya elan edilirdi. O, daima Qurana, sünnәyә vә ilk ibazi imamlarının yoluna riayәt etmәli idi; әks halda şeyxlәr şurasının qәrarı ilә vәzifәsindәn kәnarlaşdırılırdı. İbaziyyәnin etiqadi görüşlәri mötәzilәyә yaxın olsa da, ilahi iradә haqqında tәlimdә ondan ayrılırdı. Xaricilәrdәn fәrqli olaraq, İ. onlara qarşı çıxan müsәlmanları dinsiz saymır, qeyri-ibazilәrlә nikaha daxil olmağa icazә verir, döyüşdә onlardan qәnimәt kimi yalnız atları, silahları alırdılar. Orta әsrlәr müsәlman әnәnәsindә İ.-in 3 әsas icması (hәfsilәr, harisilәr, yezidilәr) fәrqlәndirilirdi. 60 ibazi icmasından әn çox vәhbilәr islam tarixindә mühüm rol oynamışlar. Hazırda Oman, Hәzramaut, Zәngibar, Livan, Tunis, Əlcәzair vә s. yerlәrdә İ.-ә rast gәlinir. Onların sayı tәqr. 2–3 mln.-dur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 