İBBİ-SUEN, İ b b i - S i n – III Ur sülalәsinin sonuncu hökmdarı [e.ә. 2028 – e.ә. 2003]. Elamlılara qarşı mübarizә apardığı dövrdә amurrular Mesopotamiyada mәskunlaşdılar vә Şumer şәhәrlәri bir-birinin ardınca ittifaqdan ayrıldı. Ur ş.-ndә aclıq başladı. E.ә. 2003 ildә elamlılar Ur ş.-ni işğal etdilәr vә İ.-S. hәbs olunduğu Anşanda vәfat etdi.










