Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBERİYA – Şәrqi Gürcüstanın (Kartli) qәdim adı. 
    İBERİYA – Şәrqi Gürcüstanın (Kartli) qәdim adı. İ.-nın tәbiәti, dövlәt quruluşu, mәdәni vә dini hәyatı haqqında mәlumatlara antik vә Bizans müәlliflәrinin әsәrlәrindә rast gәlinir. İ. e.ә. 4–3 әsrlәrdә qonşu Pont çarlığı ilә mübarizә gedişindә formalaşmışdı. Dövlәtin yaradıcısı vә çar sülalәsinin banisi çar Farnavaz, paytaxtı Msxeta olmuşdur. E.ә. 3 әsrdә İ. tәkcә Şәrqi Gürcüstanı deyil, hәmçinin onunla qonşu c. vә q. әrazilәri әhatә edәn güclü siyasi birlik idi. İ.-nın hökmdarları Böyük Qafqazın Baş (yaxud Suayırıcı) silsilәsindәn keçәn yol vә aşırımlara nәzarәt edirdilәr. E.ә. 65 ildә Pompeyin başçılğı ilә Roma qoşunları İ.-nı işğal etdilәr vә burada Roma protektoratı yaradıldı. Roma vә Parfiya arasındakı rәqabәt İ. hökmdarlarına müstәqilliyi saxlamağa imkan verdi. Eramızın 2 әsrindә İ. çarı II Farsman fәal xarici siyasәt aparırdı. C. vә q. torpaqlarının birlәşdirilmәsi nәticәsindә çarlığın әrazisi xeyli genişlәndi.
    İ.-nın imtiyazlı tәbәqәsini çar nәsli, hәrbi xidmәtdә olan әyanlar, kahinlәr tәşkil edirdilәr. İcmaçı әkinçilәr azadlara (eri) vә asılılara (qlexlәr) bölünürdülәr. Tikinti vә digәr ağır işlәrdә qul әmәyindәn istifadә edilirdi. Düzәn әrazilәrin sakinlәri әkinçiliklә, dağlıq әrazilәrdә maldarlıqla mәşğul olurdular. Paytaxtda vә digәr şәhәrlәrdә (Urbnisi, Uplistsixe) sәnәtkarlıq vә ticarәt inkişaf edirdi. Eramızın әvvәllәrindә İ.-da yunan vә arami yazı sistemi (o cümlәdәn xüsusi “Armazi” tipi) istifadә olunurdu. 326 ildә xristianlıq dövlәt dini kimi tanınmışdır.
    4 әsrin sonlarında İ. Sasanilәr dövlәti tәrәfindәn işğal olundu. 5 әsrdә Sasanilәrә qarşı müqavimәtә çar I Vaxtanq Qorqasal [440-cı illәr – 502] başçılıq edirdi. Çar Qurgenin başçılığı ilә üsyanın mәğlubiyyәtindәn (520-ci illәr) sonra farslar 523 ildә yerli әyanların dәstәyinә arxalanan İ.-da çar hakimiyyәtini lәğv etdilәr. Ölkәni idarә edәn İran canişininin (mәrzban) iqamәtgahı Tiflisdә yerlәşirdi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 