İBÉRİYA DAĞLARI (Cordillera Ibérica) – Pireney y-a-nın şm.-ş.-indә, İspaniyada dağ sistemi. Şm.-q.-dәn c.-ş.-ә 440 km mәsafәdә uzanır. Hünd. 2316 m-ә qәdәrdir (Monkayo d.). Mezozoy yaşlı әhәngdaşı, qumdaşı vә kvarsitlәrdәn tәşkil olunmuş paralel silsilәlәrdәn (şm.-q.-dә yüksәk Syerra-de-la-Demanda, Syerra-del-Monkayo vә c.-ş.-dә nisbәtәn alçaq Syerra-de-Qudar vә s.) ibarәtdir. Yamacları kserofit kolluqlarla örtülüdür. Şm.-q.-dә hәmçinin palıd vә iynәyarpaqlı meşәlәr var. Dәmir filizi yataqları kәşf edilmişdir.

İberiya dağları. Syerra-del-Monkayo silsilәsi.










